Çəmbərək rayonunun Çaykənd kənd İcması yaradıldı-Fotolar


Sumqayıt şəhərində Qərbi Azərbaycan İcmasının Çəmbərək (Krasnoselski) rayonu Çaykənd kənd İcmasının təsis iclası keçirilib.
Sumqayıt.tv
-nin verdiyi məlumata görə,  tədbir Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbin akt zalında baş tutub. Toplantı vətənimizin suverenliyi üçün canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb.
Niyaz Süleymanov 
Yığıncağı giriş nitqi ilə ziyalı, müəllim Niyaz Süleymanov açıq elan edərək, Bakıdan və Sumqayıtdan tədbirə qatılan bütün həmkəndlilərinə ayrı-ayrılıqda minnətdarlığını bildirib və gələn qonaqların hamısını salamlayıb. O, icmanın son 11 ayda gördüyü böyük işlərin önəmindən danışaraq qeyd edib ki,  “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il dekabrın 24-də, həm də öz doğum günündə İcmamızın Mərkəzi nümayəndələri ilə görüşməsi Qərbi Azərbaycan İcmasının fəaliyyətində ciddi sıçrayış səbəb oldu. Dövlət başçımızın dəstəyi və təkan ilə başladılan bu iş çox keçmədən öz təsirini göstərib. Belə ki, artıq ermənilər bizlərin dədə-baba yurdlarımıza qayıdacağımızın qorxusu içindədirlər”deyə, N.Süleymanov vurğulayıb.  
Ramiz İsmayılov 
Daha sonra söz qonaq qismində tədbirə qatılan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəsi Ramiz İsmayılova verilib. Sumqayıt nümayəndəsi Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərlinin və Çəmbərək rayon İcmasının sədri Əvəz Ələkbərovun salamlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, İcmanın məramnamə və nizamnaməsi haqqında məlumat verdikdən sonra  Çəmbərək rayonunun Çaykənd üzrə kənd İcmasının sədri Əflatun Abdullayevi iştirakçılara təqdim edərək, onlara uğurlar arzuladı.
Əflatun Abdullayev
Ə.Abdullayev göstərilən etimada görə,Əziz Ələkbərliyə və icma rəhbərliyinə, o cümlədən, Çəmbərək rayon İcmasının sədri Əvəz Ələkbərova minnətdarlığını bildirməklə, ona tapşırılan işi layiqincə yerinə yetirəcəyinə söz verib.
Yusif Sevidmalıyev 
Ziyalı, alim Yusif Sevdimalıyev çıxışına, İcmanın əhəmiyyətinə vurğu etməklə başladı. O, “ Milli təəssübkeşlik, dövlətçilik prinsiplərinə sadiqlik nümayiş etdirməklə bərabər, tarixi faciələrimizdən  də dərs almalıyıq. Doğma yurdlarımıza qayıtmaq ruhumuzu balalarımıza aşılamalıyıq. Dövlətimizin ərkanından yararlanaraq, ata-baba yurdlarımıza qayıtmaq üçün birlik nümayiş etdirməliyik”,- deyə fikirlərini toplantı iştirakçılarına çatdırdı.
Alı Alıyev 
Növbəti çıxış üçün söz folklorşünas alim Alı Alıyevə verildi. O, da icmanın fəaliyyətinə uğurlar arzulayaraq çıxışını, əsasən, erməni təxribatı və onların çirkin niyyətlərinin mahiyyəti üzərində qurdu.
Tağı Rüstəmov 
Növbəti çıxışçılar Qaraqoyunlu.com saytının baş redaktoru Şakir Göyüşov və hüquqşünas  Tağı Rüstəmov  da öz həmkəndlilərinə uğurlar arzulayaraq hər kəsi fəal olmağa səslədilər.
Sonda xatirə şəkili çəkildi.


20-11-2023, 09:00 583

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041