Bakıda Yanan bazardan görüntülər, ÖLƏN VAR - VİDEO/ YENİLƏNDİ-3


 
Bu gün səhər saatlarında inşaat materialları bazarında baş verən dəhşətli yanğın söndürülüb.
Sumqayit.tv bildirir ki, bu barədə  FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib. Onun sözlərinə görə yanğının söndürülməsi üçün FHN-nin 20 texnikası,100-ə yaxın əməkdaşı cəlb olunub:
"Yanğınla bağlı 05:41-də bizə məlumat daxil oldu. Dərhal cədvəl əsasında qüvvələrimiz göndərilib.  Məlumat daxil olandan dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib.
Havanın küləkli olması, yanğının müxtəlif istiqamətlərə yayılmasını nəzərə alaraq, 3 saylı çağırış elan etdik. Bununla da Bakı Qarnizonunun qüvvələri yanğın yerinə daxil olub. 20-yə yaxın yanğın texnikası və 100-ə yaxın şəxsi heyətimiz yanğının söndürülməsində iştirak edib.
Küləyin təsirindən yanğın 3 istiqamətə yayılaraq, 3 böyük mənbə yaradıb. Mənbələrin hər birinin sahəsi təxminən 1000-1500 kv.metr olub.
Hazırda yanğının başqa obyektlərə keçmə təhlükəsi, açıq yanğın mənbəsi yoxdur.
Təhlükə yalnız ondan ibarətdir ki, taxtaların yığıldığı kiplər hər an açıla və xəsarətə səbəb ola bilər. Ən böyük təhlükə isə ərazidəki elektrik dirəyinin 45 dərəcə bucaq altında öz formasını dəyişməsidir ki, onun uçma təhlükəsi var. Ona görə də çalışırıq ki, təhlükəsizlik qaydalarına əməl olunsun, FHN əməkdaşları xəsarət almasın.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı suala Rza Xuduyev bu cür cavab verib:
"Yanğının hansı səbəbdən baş verdiyi barədə yalnız ekspert qrupu  araşdırma aparıldıqdan sonra məlumat veriləcək".
***
Bu gün saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.
TƏBİB-dən Musavat.com-a bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.
Xəsarət alan yoxdur.
Əlavə məlumat veriləcək.
07:25
Yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub.
Musavat.com-un xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
06:23
Bakıda inşaat materialları bazarı yanır.
Musavat.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

23-11-2023, 21:29 112

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972