Dostunun rəfiqəsinə qarşı dələduzluq edən şəxsi Sumqayıt Məhkəməsi azadlığa buraxıldı

Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təsirləndirilən Turan Məmmədovun (soyad şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Sumqayit.tv-
in əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2023-cü il tarixli 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə hökmü ləğv edilib, o, cinayət məsuliyyətindən azad olunub və iş icraatına xitam verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və Turan Məmmədov saxlanıldığı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsindən dərhal həbsdən azad olunub. 
İttihama görə, Turan Məmmədov etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirib. Belə ki, o, bu məqsədilə 2022-ci ilin avqust ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə “Facebook” sosial şəbəkəsində tanış olduğu şəxsin rəfiqəsi, zərərçəkmiş Maya Kərimovanı (şərti) dövlət xəstəxanalarının birində tibb bacısı kimi işə düzəldəcəyi adı ilə yalan vədlər verib. Turan həmin qadının ümumilikdə 5600 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra qadın şikayət edib və Turan Məmmədov cinayət məsuliyyətinə cəlb edilib. //pravda.az 

24-11-2023, 10:33 169

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 20:18
Bu gün, 20:15
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065