Kəlbəcərin işğaldan azad edilməsinin ildönümüdür

 


Kəlbəcərin işğaldan azad edilməsindən 3 il ötür.
Sumqayit.tv-in məlumatına görə, Azərbaycan Ordusunun Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatıb.
Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.
Bəyanatın 6-cı bəndinə əsasən, Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Bəyanatda Kəlbəcərin noyabrın 15-dək qaytarılması nəzərdə tutulsa da, ermənilər rayonu boşaltmaq üçün Rusiya vasitəsilə Azərbaycandan 10 gün vaxt istəyib. Azərbaycan humanizm prinsiplərini əsas götürərək, güzəştə gedib, ermənilərə 10 gün vaxt verib. 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarılıb.
Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyulub.
Lakin verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranaraq, Kəlbəcərdə dağıntılar törədib, 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atıb. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırıblar. Bunun nəticəsində 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri daşıyan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb, partlayışda “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.
Qeyd edək ki, üçtərəfli Bəyanatın 2-ci bəndinə əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonu, 6-cı bəndinə əsasən, dekabrın 1-də isə Laçın rayonu da Azərbaycana qaytarılıb.
Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.
Azərbaycan Prezidenti İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.
Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Kəlbəcərin azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 noyabr – Kəlbəcər Şəhəri Günüdür.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
Ermənistan işğal müddətində Kəlbəcər şəhərini və rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələr, qəbiristanlıqlar yer üzündən silinib.

25-11-2023, 09:30 184

Digər xəbərlər

Dənizkənarı kirayə bazarı bahalaşır – Sumqayıt alternativ kimi ön plana çıxır

Sumqayıtda illərdir baxımsız qalan küçələr – sakinlər problemin həllini istəyir - FOTO/VİDEO

Sumqayıtda sakinlər yoldakı problemə görə kömək istəyirlər - FOTO

Abbas Əraqçi Pakistana gedir: Vaşinqtonla kritik görüşün detalları sızdı

Sumqayıt məktəbliləri buraxılış imtahanında maksimum nəticə göstəriblər - FOTO

Qobustanda torpaq çökdü – 1 nəfər xilas edildi, 1 nəfər həlak oldu - VİDEO

Əli Əsədov fərdi istilik sistemləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Kür çayı ilə bağlı ŞOK - 10 il əvvəlki fəlakət təkrarlana bilər

İran raket taktikasını DƏYİŞDİ: Yeraltı bazalarda təhlükəli əməliyyat - FOTOLAR

AZAL-dan Naxçıvan reysləri ilə bağlı sərnişinlərə çağırış

Qadınları pul müqabilində görüşdürən şəxs həbs olundu – Sumqayıtda da fəaliyyət göstərib

Sumqayıtda sakinlər 20 illik yol probleminə görə kömək istəyirlər - FOTO

Zakir Fərəcov Sumqayıtda növbəti səyyar qəbul keçirdi - FOTOLAR

Türk milyarderin satdığı 73 illik zavod BAĞLANDI

Sumqayıtda sakinlərdən tikinti şikayəti: “Evimiz çatlayıb” – qarşı tərəf iddiaları rədd edir

Tramp Bakıdan imzasını istədiyi sazişi arxivə göndərdi

Sumqayıtda yarımçıq tikili milyonlarla manata satıldı

Müdafiə Nazirliyində növbəti rüşvət QALMAQALI

Etimaddan Strateji İttifaqa: Bakı–Riqa geosiyasi yaxinlaşması

Azərbaycanda qəsdən adam öldürməyə görə cəzalar açıqlandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1044
Bu gün, 20:45
Bu gün, 19:00
Bu gün, 16:46
Bu gün, 16:39
Bu gün, 16:34
Bu gün, 16:02
Bu gün, 15:54
Bu gün, 15:38
Bu gün, 15:36
Bu gün, 15:33
Bu gün, 15:11
Bu gün, 14:42
Bu gün, 14:16
Dünən, 21:21
Dünən, 19:28
Dünən, 19:18
Dünən, 16:26
Dünən, 16:17
Dünən, 12:26
Dünən, 12:18
Dünən, 11:56
Dünən, 11:46
Dünən, 09:53
Dünən, 09:46
Dünən, 09:19
22-04-2026, 22:36
22-04-2026, 22:32
22-04-2026, 19:38
22-04-2026, 19:25
22-04-2026, 19:11
22-04-2026, 17:59
22-04-2026, 16:39
22-04-2026, 16:27
22-04-2026, 16:23
22-04-2026, 15:17
22-04-2026, 14:45
22-04-2026, 14:39
22-04-2026, 14:31
22-04-2026, 14:29
22-04-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1044