“Sumqayıt” “Zirə”ni zirvədən saldı - REPORTAJ


Həftənin ən çox maraq doğuran oyunu Sumqayıtda keçirildi. Burda yerli komanda lider “Zirə”ni qəbul edirdi. Samir Abasov cəzalı olduğu üçün qarşılaşmanı tribunadan izləmək məcburiyyətindəydi.
Oyun qonaqların üstünlüyü şəraitində başladı. Hiss olunurdu ki, “Zirə” liderliyi qorumaq istəyir. Oyunda ilk təhlükəli hücumu da “qartallar” yaratdı. 4-cü dəqiqədə uzun kombinasiyanı Qismət zərbə ilə tamamladı. Lakin Mehdi yerində idi. Qəflət yuxusundan ayılan “Sumqayıt” hücuma atıldı. 1 dəqiqə sonra “kimyaçılar” qol vurmağa yaxın oldu. Sürətli hücumu Kamran dəqiq zərbə ilə tamamlaya bilmədi. Onun sevinməsinə Tyaqo imkan vermədi. Epizodun davamında “Zirə” əks-hücuma keçdi. Bu dəfə isə Eldar təkbətək mübarizədə Mehdiyə məğlub oldu. 7-ci dəqiqədə Kamran yenə ön plana çıxdı. Futbolçu müdafiədəki qarışıqdan istifadə edərək irəliyərək qapıya zərbə endirdi. Lakin top az fərqlə meydanı tərk etdi.
Açıq futbol izləyirdik. Bu da soyuq havada oyunu izləyən azarkeşləri qızışdırırdı. İlk hissənin 10 dəqiqəsi belə maraqlı keçdi. Vaxt irəlilədikcə oyunda sürət azalmağa başladı. 22-ci dəqiqədə qonaqla yenə qola yaxın oldular. Qismətin iti bucaq altından endirdiyi zərbənin qarşısını yenə Mehdi ala bildi. 24-cü dəqiqədə isə yenə Kamran diqqət mərkəzinə düşdü. Bu dəfə də onun zərbəsi dəqiq alınmadı. 2 dəqiqə sonra künc zərbəsindən ötürülən topu Ruan başla qapıya göndərə bilmədi. İlk hissədə, ümumiyyətlə, oyunda ən təhlükəli vəziyyəti “Sumqayıt” yaratdı. 36-cı dəqiqədə Səbuhinin 17-18 metrdən endirdiyi zərbənin qarşısını Tyaqo çətinliklə ala bildi. Fasiləyə kimi matçda başqa maraqlı hadisə yaşanmadı.
İkinci hissəyə meydan sahibləri istəkli başladı. 50-ci dəqiqədə Kehat uzaq məsafədən şansını sınadı. Lakin Tyaqo yenə yerində idi. Fasilədən sonra yaşanan ən maraqlı hadisə elə bu epizod oldu. Düzdü, komandalar hücuma atılırdı. Lakin sonda dəqiqlik çatmırdı. Külək də oyuna mane olurdu desək, yanılmarıq. Hava şəraiti sürətli hücumların qurulmasının qarşısını alırdı. Beləliklə, gərgin və qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmadı. Rəqiblərin xal itirməsindən yararlanan “Sumqayıt” 3-cü pillədəki mövqeyini qorusa da, “Zirə” zirvəni “Qarabağ”a təhvil verdi.

Gözdən qaçmadı
* Oyuna maraq yetərincə böyük idi, tribunalarda anşlaq yaşanırdı. Polislər sonradan matçı izləməyə gələnləri yer olmadığı üçün geri qaytardı.
* Oyunu izləyənlər arasında yığmanın köməkçi məşqçisi Arif Əsədov da var idi. O, ilk yarıdan sonra stadionu tərk etdi.
* Yenə media sektorunda jurnalist olmayan şəxslər əyləşmişdi.
* Tribunada siqaret çəkilməsinə icazə verilmirdi. Polislər bu istəyini həyata keçirmək istəyənlərə yaxınlaşaraq xəbərdarlıq edirdi. Buna futbolçuların xanımların klubun təhlükəsizlik xidmətinin əməkdaşına şikayət etməsi səbəb olub.
* Stadionun monitoru 48-ci dəqiqədə ilişib qalmışdı. Matçın sonlarına yaxın problem həllini tapdı.
* 2-ci hissədə meydanda “cips” paketi uçurdu. “Sumqayıt”ın topdaşıyanlarından biri oyun davam edərkən qazona daxil olaraq onu stadiondan kənarlaşdırmağı bacardı.

28-11-2023, 12:30 208

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 20:18
Bu gün, 20:15
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065