Ömrünün 62 ilini Sumqayıta bağlayan 83 yaşlı "Univermaq Zaman" haqqında bilmədikləriniz -VİDEO


Zaman Barat oğlu İsgəndərov 1938-ci ilin 20 iyun tarixində Ermənistan SSR Sisyan rayonunun Aqudi kəndində anadan olmuşdur. 1958-ci ildə Ağdam kənd təsərrüfatı texninkimunu bitirmiş və Ağcabədi rayonunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunu bitirərək, Əmtəəşünaslıq və ərzaq mallarının ticarətinin təşkili ixtisasına yiyələnmişdir. 1961-ci ildə əmək fəaliyyətinə Əmək təlimi müəllimi kimi davam etmişdir. Daha sonra Kərpic Zavodunda çilingər mexanik işləmişdir.
Zaman İsgəndərov 1964-cü ildən etibarən ona daha çox şöhrət gətirən ticarət sahəsində fəaliyyətə başlayıb. 1964-1998-ci illərdə - düz 34 il Sumqayıt şəhər Univermağında çalışaraq satıcılıqdan direktor vəzifəsinə qədər yüksəlmişdir.
SSRİ Ticarət Nazirliyi, habelə Dövlət Ticarətçilər və İstehlakçılar İttifaqının fəxri diplom və fərmanları, "Sovet Ticarət Əlaçısı" döş nişanı ilə təltif edilmişdir.
O, "Cavid" kiçik müəssisəni təsis edərək 23 Sumqayıt sakinini işlə təmin etmiş, 800 nəfərin kiçik azad sahibkarlıqla məşğul olmaları üçün ticarət sahələri yaratmışdır.
Z.İsgəndərov eyni zamanda humanist və xeyirxah insan kimi ömrünü xeyriyyəçilik fəaliyyətinə də sərf edib. O, şəhid ailələrinə, müharibə veteranları və qazilərə, əlilliyi olan şəxslərə, məcburi köçkün və qaçqınlara, aztəminatlı ailələrə, köməksiz və kimsəsizlərə maddi yardımlar göstərmiş, mənəvi dayaq olmuşdur. Hazırda da bu işləri davam etdirir.
Z.İsgəndərov erməni işğalçılarına qarşı mübarizədə ordumuzu öz hesabına ərzaq, hərbi sursatla təmin edərək şəhid Milli qəhrəmanımız Əliyar Əliyevin batalyonuna Zil markalı yeni yük avtomobili hədiyyə etmişdir.
O, Sumqayıt şəhəri 3-cü mkr.da və yaşadığı 11-ci mkr.da mərasim evi tikdirərək sakinlərin ixtiyarına vermişdir.
Onun köməyi ilə Xızı rayonu ərazisində "Barat" kəndli fermer təsərrüfatının torpaq sahəsində taxıl əkilib-becərilərək  orada məskinlaşmış qaçqın və məcburi köçkünlərə paylanılmış, onlar üçün yol çəkilmiş, bulaq tikilmiş, dəyirman inşa olunmuş, 100-dən çox köçkün ailəsinin elektrik enerjisinə olan borcları ödənilmişdir.
Şəhərin siyasi-iqtisadi, sosial-mədəni həyatında həmişə fəal iştirak edərək, bütün bilik və bacarıqlarını bu sahələrin inkişafına sərf etmiş, xalqın firavan və dinc yaşamasına çalışmlşdır. Bu səbəbdən hər kəsin hörmət və rəğbətini qazanaraq, elin sevimli ağsaqqalına çevrilmişdir.
Ömrünün 83-cü yayını yaşayan Zaman İsgəndərovun 3 övladı, 6 nəvəsi və 2 nəticəsi var.




20-06-2021, 19:48 3 002

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005