Laçının işğaldan azad edilməsinin 3-cü ili-VİDEO

 

Bu gün Laçın rayonunun Ermənistanın işğalından azad olunmasından bir 3 keçir. Hər il 1 dekabr Laçın günü kimi qeyd olunur.
Sumqayit.tv xəbər verir ki, 44 gün davam edən Vətən müharibəsinin yekununda Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanata əsasən, Ermənistan Laçın rayonunu dekabrın 1-də Azərbaycana təhvil verildi.

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan, ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşən Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 kvadrat kilometri olan rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Laçın rayonu zəngin faydalı qazıntılarla zəngindir. 
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. 
2021-04-15-11-57-26CBVoWG8U3Cirr9LxAN6U_file.jpg (65 KB)
1992-ci ilin 18 may tarixində Laçın rayonu Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. Rayonun işğalı zamanı yüzlərlə soydaşımız amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş, qeyri-insani üsullarla işgəncələrə məruz qalmışdı. 
2020-ci ilin 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixi zəfərə imza ataraq beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edildi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, dekabrın 1-də Laçın rayonu silah işlədilmədən, bir güllə belə atılmadan Azərbaycana təhvil verildi. 
257600_xsjvxcskwq.jpg (59 KB)
Laçın rayonunun işğaldan azad edilməsində əsgər və zabitlərimizin şücaətini, qəhrəmanlığını hər zaman yüksək dəyərləndirən müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik nümayiş etdirmiş 8395 hərbi qulluqçumuz 2020-ci il noyabrın 26-da təsis edilmiş “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub. 

1-12-2023, 10:30 171

Digər xəbərlər

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
1 2 3 4 5 6 7 8 9 10 ... 1064