Ötən gün axşam saatlarında Sumqayıtda avtomobilin vurması nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub. Sumqayıt Şəhər Polis İdarəsindən
Sumqayit.tv-yə bildirilib ki, ölən şəxs Abşeron rayonu Saray qəsəbə sakini, 1980-ci il təvəllüdlü Samir Nüsrət oğlu Əsədovdur.
Xatırladaq ki, hadisə şəhərin Sahil küçəsində baş verib.
Şəhər prokurorluğu faktla bağlı araşdırma aparır.