"Sumqayıt"ın baş məşqçisi " "Vəziyyətimiz kritik yox, fəlakətdir"



Sumqayıt”ın baş məşqçisi Samir Abasov Premyer Liqanın 15-ci turunda “Turan Tovuz”la bərabərə (2:2) qaldıqları görüşdən sonra Sportinfo.az-a müsahibə verib.

- Samir müəllim, ilk öncə görüşlə bağlı nələr deyə bilərsiz?
- Çox gərgin oyun oldu. "Lerik"lə kubok görüşündə Kristian Velinovskinin ayağının sınmasından sonra ab-hava yaxşı deyildi. Bu atmosferdə Tovuza gəlmişdik. Buranın öz havası var. Azarkeşləri hər kəs gördü. Bəzi legionerlərimiz ilk dəfə bura gəlirdi. Şikayət kimi demirəm. Süni örtük həddən artıq ağırdı. Bu meydançadan bizdə də var. Amma ikisi də süni meydan olmasına baxmayaraq buradakı meydança daha ağırdı. Görsənən odur ki, futbolçular belə meydanda çox əziyyət çəkir.
- Amma problemlərə rəğmən ilk hissə yaxşı üstünlük əldə etmişdiniz…
- 2:0 öndə idik. Açığı, göydəndüşmə 2:0 idi. Hər iki epizoda da rəqibin səhvi oldu. Və rəqibi səhvə məcbur edəcək təzyiqimiz də yox idi. Sadəcə epizodlar öz-özünə yaranmışdı. İkinci yarı başlayanda rəqibin təzyiqindən sonra qollar buraxdıq. Sonradan ayılıb oyunu sakitləşdirə bildik. Səmimi deyim ki, periodik olaraq bu gün 2:2-dən sonra daha yaxşı oynadıq.
- Maraqlıdır fasilədə futbolçulara nələr dediniz?
- Fasilədə uşaqlara bildirdim ki, uşaqlar, biz yaxşı futbol oynamırıq. Amma bizim üçün dərs olsun. Bu gün tribunalarda maksimum 5 min azarkeş olardı. Avrokuboklar istəyirsənsə, sabah 10-15 azarkeşin qabağında meydana çıxmağa hazır olmalısan. Orada nə edəcəksən? Ona görə də bizə dərs olmalıdır. Burada "Qarabağ" da 2:2 edib. Paltardəyişmə otağında futbolçu ancaq meydança ilə bəhanələr gətirir. Belədə onlar üçün başqa arqument də gətirmək olmur. Belə meydanda oynamaq bizim kimi topla oynayan komandalar üçün çətindir.
- Heç də nə yaxşı oynamadığınızı nəzərə alsaq, bir xala sevindiyinizi demək olar?
- Yaxşı oyun keçirib 2:0 irəli keçsəydik üzülərdim. Amma oyun böyük ölçüdə yaxşı olmadığı üçün üzüləsi nəsə yoxdur.İlk hissə oyuna baxmayan deyər ki, "Sumqayıt" dəhşət oynayır. Amma elə deyil axı. Bu gün orta xətt yox səviyyəsində idi. Xoşlayıram bunları deyim ki, futbolçular oxuyanda bilsinlər. Zatən sabah özlərinə də bu sözləri deyəcəm. Üzülsəm aktyorluq olar. Nəyə üzüləsən? Fikirləşirəm ki, bəlkə də ən ədalətli hesab bu idi.
- Komandanın əsas liderlərli bir-bir sıradan çıxır. Daha əvvəl belə halla üzləşdiyiniz olubmu?
- Böyük məşqçilik karyeram yoxdur. Amma bu qədər zədələrlə üzləşdiyimi xatırlamıram. Dəhşətdi. İsa Sulimanı, Kristian Velinovski, Rövlan Muradov, Kasimir Ninga yoxdur. Abu Dosso bu gün-sabahlıqdır. Vüqar Mustafayev əməliyyata gedir.
- Mustafayev bu gün zədə alıb?
- Yox. Zədəsi var idi. Digər oyunçulara görə, xahiş etdik bu gün oynasın. Çünki onu dəyişəcək Oktavio da zədədən yeni qayıdıb. Vəziyyətimiz kritik yox, fəlakətdir.

6-12-2023, 10:00 347

Digər xəbərlər

Füzuli poeziyasının musiqili təcəssümü – Alim və Fərqanə Qasımovdan unudulmaz tamaşa

Sarayda yaşayanlara şad xəbər

Sumqayıt Dəmiryol Vağzalına gedən sərnişinlərə ŞAD XƏBƏR

Sumqayıt Tibb Mərkəzi icbari tibbi sığorta çərçivəsində ən çox əməliyyat aparılan müəssisələr arasında yer alıb

Sumqayıtda 33 uşaq övladlığa verilib

Həbs edilən fermerin təsərrüfatını talayan çobanla bağlı Sumqayıtda yeni hökm çıxarıldı

Sumqayıtın Xəzər bağları massivində su təchizatı dayandırılıb

Sumqayıtda hansı obyekt adları qanunvericiliyin qaydalarını pozur? (ARAŞDIRMA)

Sumqayıtda 1,9 milyonluq təmir... "İS.M.M" MMC şirkət kimindir?

Sumqayıt–Yalama dəmir yolu layihəsi MDB iclasında əsas mövzulardan biri oldu

Sumqayıt Texnologiyalar Parkında rəhbərlik dəyişdi - FOTO

Sumqayıtda ev və maşınlardan oğurluq etdi

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb - YENİLƏNİB

Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb

Baş prokuror Sumqayıtda vətəndaşları qəbul edəcək

Noyabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi

Sumqayıt Apellyasiya Məhkəməsi 780 minlik dələduzluq işi üzrə qərarını verdi

Tacir Şahmalıoğlu oğluna Sumqayıtda nişan etdi

Sumqayıtın qocaman müəllimi dünyasını dəyişib-FOTO

Turizmdə qardaşlıq körpüsü: Azərbaycan və Türkiyə yeni layihələrə start verir (FOTOLAR)

1 2 3 4 5 6 7 8 9 10 ... 991
Bu gün, 19:26
Bu gün, 18:37
Bu gün, 16:16
Bu gün, 16:14
Bu gün, 15:29
Bu gün, 15:19
Bu gün, 13:59
Dünən, 18:27
Dünən, 18:24
Dünən, 18:22
Dünən, 18:19
Dünən, 17:47
Dünən, 16:45
Dünən, 12:42
Dünən, 11:02
Dünən, 10:59
Dünən, 10:56
Dünən, 10:01
25-11-2025, 19:49
25-11-2025, 18:36
25-11-2025, 18:05
25-11-2025, 17:23
25-11-2025, 15:33
25-11-2025, 15:14
25-11-2025, 15:08
25-11-2025, 14:47
25-11-2025, 14:43
25-11-2025, 13:06
25-11-2025, 10:57
25-11-2025, 10:31
24-11-2025, 22:08
24-11-2025, 21:24
24-11-2025, 21:17
24-11-2025, 17:20
24-11-2025, 16:55
24-11-2025, 16:16
24-11-2025, 16:10
24-11-2025, 16:04
24-11-2025, 15:15
24-11-2025, 13:17
1 2 3 4 5 6 7 8 9 10 ... 991