Sağaltmadığı xəstəlik yoxdur - 1 dilim balqabaq görün nələrə çarədir

 


Balqabaq çiy halda faydalıdır, yoxsa bişmiş? Bu gün sizə balqabağın faydalarından və heç yerdə eşitmədiyiniz zərərlərindən danışacam. Əminəm ki bu videodan sonra mənə çox sağ olun deyəcəsiniz.
Bütün qida məhsulları kimi balqabaq da bəzi insanlara xeyirdən daha çox zərər verə bilər. Xüsusilə mədə-bağırsaq problemi olan insanlara balqabağı çiy halda yemək, yaxud şirəsini çəkib içmək olmaz. Ödündə daş olanlar üçün də balqabaq təhlükə yarada bilər. Ödqovucu xüsusiyyətə malik olduğuna görə, balqabaq daşların tərpənməsinə səbəb olur. Bu da dözülməz ağrılar deməkdir. Ümumiyyətlə, yaşından asılı olmayaraq, heç kəsə balqabağın çiy halda yeyilməsi tövsiyə edilmir.
Şəkərli diabetdən əziyyət çəkən insanlar balqabağı müəyyən normalara riayət edərək yeməlidirlər. Çünki tərkibində şəkər olan möcüzəvi tərəvəz ishala səbəb ola bilər. Həddən artıq balqabaq yemək dərinin sarımtıl görünməsinə gətirib çıxarar. Bu, tərəvəzə sarı rəngi verən luteinə görədir. Balqabağa allergiyası olan insanlar onu yeməməlidir. Tərəvəzin tumu özünə nisbətən daha kalorilidir. Ona görə də, arıqlamaq istəyənlər balqabaq tumunu mümkün qədər az yeməlidir.
Tərəvəzlə bağlı verilən suallardan ən çox təkrarlananı budur: “ Onu hansı formada bişirmək yaxşıdır?” İstənilən formada bişirərkən tərəvəzin tərkibindəki mineralların bir qismi itir. Yaxşı olar ki, balqabağı ya sobada, ya da qazanda bişirəsiniz. Bu halda tərkibindəki minerallardan çox şey itirməyəcək.
Digər bir sual: “Balqabaq tumu nəyə faydalıdır?” Mikroelementlərlə zəngin olan balqabaq tumları haqqında çox danışmaq olar. Qısaca deyim ki, tərkibində dırnaqların, saçın sağlamlığına xidmət edən sink var. Balqabaq tumları sümükləri möhkəmləndirir, mədə-bağırsaq sistemini parazitlərdən təmizləyir, həzm sistemindəki soyuqdəyməni azaldır.
İndi də balqabağın faydalarından danışaq.
Ürək-damar xəstəlikləri riskini aşağı salır. Balqabağın tərkibində ürəyin işləməsi üçün vacib olan mikroelement, yəni, kalium var. İtaliyalı alimlər sübut ediblər ki, arterial hipertenziyanın profilaktikasında balqabağın istifadəsi faydalıdır. Arterial hipertenziya zamanla insulta və infarkta gətirib çıxara bilir. Almaniyadan olan araşdırmaçılar balqabağın xolesterol səviyyəsini aşağı saldığından əmindir. Nizamlanan xolesterol səviyyəsi isə aterosklerozun qarşısının alınmasıdır. Həmçinin, balqabaq sayəsində damarlar təmizlənir ki, bu da miokard kimi bəzi xəstəliklərin önlənməsi deməkdir.
Antioksidantlarla zəngindir. Balqabağın tərkibindəki antioksidantlar sərbəst radikalların hüceyrələrə olan mənfi təsirinin qarşısını alır. Orqanizmin mikroblarla, viruslarla, yad cisimlərlə mübarizəsini dəstəkləyir. İrandan olan mütəxəssislərin fikrincə, sərbəst radikallar orqanizmdə stress yaradır. Stress isə bərabərində saysız xəstəliklər gətirir. Antioksidantlar sərbəst radikalları bədəndən xaric etməklə sağlamlığın keşiyində durur. Almaniyalı alimlər balqabağın tərkibindəki antioksidantların dərini ultrabənövşəyi şüalardan qoruduğunu deyirlər. Həmçinin, antioksidantlar bədxassəli şişləri yaradan zərərli hüceyrələri böyüməyə qoymur. Qida rasionuna balqabaq əlavə etmək görmə qabiliyyətini yaxşılaşdırır, sinirləri sakitləşdirir, damarları təmizləyir.
Xərçəng xəstəliyinin profilaktikasında faydalıdır. Xərçəng şişləri nəzarətsiz şəkildə böyüyür və sağlam hüceyrələri zədələməyə davam edir. İsveçrəli elm adamları aşkarlayıb ki, xərçəng hüceyrələri sərbəst radikallarla qidalanırlar. Yəni, orqanizmdə nə qədər çox sərbəst radikal varsa, şiş o qədər sürətlə böyüyür. Balqabağın tərkibində karotenoidlər var. Karotenoidlər sərbəst radikalların hərəkətini məhdudlaşdırmaq, xərçəngli hüceyrələri neytrallaşdırmaq qabiliyyətinə malikdir. Çindən olan mütəxəssislər balqabağın mədə xərçənginə qarşı müalicəvi təsirini araşdırıblar. Məlum olub ki, bu tərəvəz nəinki mədə xərçəngi, həmçinin, mədəaltı vəz, süd vəzi xərçəngi zamanı da orqanizmin ən yaxın köməkçisinə çevrilir.
İmmuniteti möhkəmlədir. Balqabağın tərkibində yüksək miqdarda A vitamini var. İngilis ekspertlərin fikrincə, A vitamininin yağda həll olma qabiliyyəti orqanizmin infeksiyalara qarşı savaşmasına kömək edir, soyuqdəyməyə tez-tez yaxalanmaq kimi halları aradan qaldırır. Koreyalı alimlər isə A vitamininin makrofaq olduğundan əmindir. Məlumat üçün qeyd edim ki, makrofaqlar bakteriyaları, məhv olmuş hüceyrə qalıqlarını, orqanizm üçün yad, zəhərli hissəcikləri fəal surətdə tutur və həzm edir. İmmunitetin güclənməsi üçün lazım olan əsas faktorlardan biri də C vitaminidir. Zədələnmiş hüceyrələrin yenidən bərpası və antitellərin yaranması üçün C vitamini çox vacibdir. Balqabağın tərkibində immunitetin möhkəmlənməsinə kömək edəcək digər faydalı elementlər sırasında E vitamini, dəmir, fol turşusu da var.//sivil.az

18-12-2023, 12:30 130

Digər xəbərlər

Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır"

Sumqayıtda çalışmış şəhid alimin oğlu Dövlət Statistika Komitəsinin sədrinə təyin olundu

Deputat Elnarə Akimova vətəndaşlarla növbəti qəbulu keçirib-FOTO

Artımlarla birgə fevral pensiyaları Sumqayıtda BU TARİXDƏ veriləcək

Sumqayıtın bu ərazisində yaşayan 2500 abonent qazsız qalacaq

Bir sutkadır Yaşıldərə sakinləri susuzluqdan əziyyət çəkir – ŞİKAYƏT

Sumqayıtda qazılan yol sürücüləri çətin duruma salıb

Təhsil mühitində böhran: Psixoloqlar məktəblərdəki risklər barədə xəbərdarlıq edir

Sumqayıt bulvarında tapılan meyitin Vətən müharibəsi iştirakçısı olduğu məlum oldu

Sumqayıt bələdiyyəsinin büdcə gəlirləri artdı

Qəza səbəbindən Sumqayıtın bəzi mikrorayonlarında su kəsilib

Sumqayıtda içməli suyun təhlükəsizliyi necə təmin olunur?

Sumqayıt azarkeşləri önündə məğlubiyyət: “Zirə” son sözü dedi

Gücüm çatmazdı deyə bıçaqladım — Sumqayıtdakı kafedə dava düşdü

Sumqayıtda sahibsiz itlər təhlükə yaradır – sakinlər narahatdır

“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”

Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sumqayıtda növbəti səyyar qəbul-görüş keçirilib - FOTO

Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndəsi təyin olundu

Bizim də Epşteynlərimiz var… – Müstəntiqdən ŞOK sözlər

1 2 3 4 5 6 7 8 9 10 ... 1016
Dünən, 15:38
Dünən, 15:38
Dünən, 15:25
Dünən, 14:52
Dünən, 12:28
Dünən, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
7-02-2026, 09:32
6-02-2026, 14:28
6-02-2026, 13:02
6-02-2026, 12:58
6-02-2026, 12:52
6-02-2026, 12:49
6-02-2026, 12:43
6-02-2026, 12:23
6-02-2026, 12:04
6-02-2026, 12:02
6-02-2026, 11:59
6-02-2026, 11:56
5-02-2026, 22:58
5-02-2026, 17:34
5-02-2026, 13:16
5-02-2026, 13:11
5-02-2026, 12:36
5-02-2026, 12:18
5-02-2026, 12:13
5-02-2026, 11:47
5-02-2026, 11:22
4-02-2026, 21:12
4-02-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1016