"Anamın bacısı azərbaycanlıya ərə getmişdi..." - HARRİ KASPAROV


Şahmat üzrə dünya çempionu Harri Kasparov ukraynalı jurnalist Dimitri Qordona müsahibəsində 1990-cı ilin yanvarında Bakıda baş vermiş hadisələr barədə danışıb. 
Azpost.info bildirir 2008-ci ildə proqrama qonaq olan Kasparov deyib ki, Bakıda baş verənlər SSRİ-nin suqutunun ilk əlaməti olub.
Kasparov Azərbaycanda özünə qarşı hansısa ayrısekilik görmədiyini bildirib: “Bizim ailəmizdə münasibətlər tamam fərqli idi. Anam yəhudiyə, ortancıl bacısı erməniyə, kiçik bacısı azərbaycanlıya ərə getmişdi”-deyə o bildirib.
H.Kasparovun sözlərinə görə, Bakı Sovet imperiyanın forpstu idi: “Əgər Tiflisdə və İrəvanda yalnız erməni və gürcü dilində danışırdılarsa Bakıda belə deyildi. Bakıda rus dili dominantlıq təşkil edirdi. Bu isə tamam başqa atmosfer yaradırdı”-deyə o bildirib.

O deyib ki, vəziyyətin millətlər arasında münaqişə həddinə gəlib çatacağını güman etməyib: “Mən şəxsən hiss etmirdim. 80-ci illərin sonunda baş verənlər imperiyanın dağılmasının əlaməti idi. Sumqayıt hadisələri baş verəndə mən ölkədə deyildim. Bakıya qayıdanda vəziyyətin düzələcəyinə ümid edirdim, müraciətlər göndərirdim. Başa düşmürdüm ki, bu artıq dövlətin süqutunun başlanğıcıdır. Dövlət belə təxribatlarla əl atmaqla  ordunun yeridilməsi üçün şərait yaradır”.
H.Kasparovun sözlərinə görə, bu, 1990-cı ilin yanvarında tam aydın oldu: “Bakının erməni əhalisinə qarşı törədilən təxribatlar bilərəkdən təşkil edilirdi. Həmin günlər şəhərdə SSRİ DİN-in 11 min nəfərlik daxili qoşunu var idi. Moskvadan Mərkəzi Komitədən, Primakov və digər yüksək vəzifəli sovet rəhbərləri Bakıda idi. Heç kim bu təxribatların qarşısını almağa çalışmadı”.
Şahmatçının fikrincə, bu “ermənilərə qarşı törədilmiş iğtişaş” deyildi: “Böyük bir şəhərdə belə “poqrom” necə baş verə bilərdi? Adamlara konkret yaşayış ünvanlarının siyahıları verilmişdi. Böyük, çoxmərtəbli binanı görürsünüz. Burada azərbaycanlılar, ermənilər, yəhudlər yaşayır. Kimin hansı mənzildə yaşadığını dəqiq necə bilmək olardı? Əgər kütlə rayonlar və evlər üzrə gəzirsə, deməli onların əlində konkret ünvanların siyahısı olan istiqamətverici rəhbəri var. Orada xaotik heç nə baş vermədi. Hamısı təşkil edilmişdi”-deyə H.Kasparov bildirib.
Xatırladaq ki, 1990-cı ildə Bakıda törədilən hadisələrin SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən təşkil olunduğu barədə faktlar var. Sovet rəhbərliyi Bakıda millətlər arası ədavət salmaqla Azərbaycanda başlanmış müstəqillik hərəkatını boğmağa, Qarabağa qarşı irəli sürülmüş ərazi iddilarına qarşı yaradılan möhkəm ictimai paltformanı dağıtmaq niyyətində idi.

23-12-2023, 09:00 345

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060