Çəmbərək rayonu Əmirxeyir kənd icmasının təsis iclası olub-Fotolar


Qərbi Azərbaycan İcması (QAİ) Çəmbərək (Krasnoselski) rayonu Əmirxeyir kənd icmasının Sumqayıt şəhərində təsis iclası baş tutub. 
Sumqayit.tv-
nin verdiyi məlumata görə, tədbir Sumqayıt şəhər 16 saylı orta məktəbin akt zalında keçirilib.  
Yığıncağı kənd ziyalısı, Fizik üzrə fəlsəfə doktoru, Suraxanı rayonu keçmiş İcra başçısı, professor Darvin Ağamalıyev açıb.
Darvin Ağamalıyev
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,  ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

D.Ağamalıyev həmkəndlilərini QAİ-nın  nizamnaməsinə uyğun olaraq  Əmirxeyir kənd icmasının sədri kimi Məmməd Qələndərlini toplantı iştirakçılarına təqdim edib..
Sonra çıxış üçün söz  Çəmbərək rayon icma sədrinin müavini Tanrıverdi Mustafayevə verilib. T.Mustafayev QAİ İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli və  Çəmbərək rayon icmasının sədri Əvəz Ələkbərovun  salamlarını iştirakçılara çatdıraraq yeni sədri təbrik edib. O, ötən il 24 dekabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  doğum günündə Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşünü xatırladıb, önəmli addımların atıldığını qeyd edib. Öz tarixi dədə-baba yurdlarından qovularaq deportasiyaya və soyqırıma məruz qalmış soydaşlarımızın  Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması üzrə müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.
Tibb elmləri doktoru, Tibb universitetinin prorektoru, şöhrət ordenli professor Sabir Əliyev çıxış edərək, kəndinin adət-ənənələrindən, Əmirxeyir kəndinin 80 evdən ibarət olmasına baxmayaraq, oradan 50-dən yuxarı elimlər namizədi, 10 nəfər professor, alim, 2 general və 2 hakim  çıxdığını qeyd etdi. Erməni xislətindən və şərindən danışan professor əlavə etdi ki, onlar çox hiyləgər millətdilər. Ona görə də hər zaman erməni məsələsində ayıq-sayıq olmalıyıq. 
Daha sonra çıxış edən Qərbi Azərbaycanİcması Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin üzvü Akif Şahbazov öz adından və  Sumqayıt təşkilatının sədri Ramiz İsmayılovun adından salamlarını  Əmirxeyir camaatına çatdırıb yeni təyinata uğurlar dilədi.
Akif Şahbazov 
A.Şahbazov da digər çıxışçılar kimi ermənilərin Azərbaycan türklərinə qarşı diskriminasiya siyasətindən danışaraq, bir əsirdə dörd dəfə tarixi torpaqlarımızdan qaçqın düşmənin səbəbləri və ermənilərə havadarlıq edən böyük güclərin çirkin siyasəti barədə ətraflı məlumat verdi, O bildirdi ki, qaçqınlıq çox ağır dərddir. Gecə yuxusunda ata-babalarımızı gördükdə belə səhər onların məzarlarını ziyarət edə bilmirik, Amma  dövr dəyişib. Azərbaycanın güclü dövlətçilik ənənəsi mövcuddur. Ölkəmizin İlham Əliyev kimi dəmir iradəli sərkərdəsi var, Artıq Azərbaycan öz sözünü beynəlxalq təşkilatlar müstəvisində deyir. Sadalanan amillər isə bizim öz doğma torpaqlarımıza qayıdacağımıza əminlik yaradır.
Əmirxeyir kənd icmasının yeni təyin olunan sədri Məmməd Qələndərli Əmirxeyir kənd sakinlərini və tədbirə qatılan qonaqları salamlayaraq, Qərbi Azərbaycan İcması İdarə heyətinin sədri, deputat Əziz Ələkbərliyə göstərdiyi etimada görə təşəkkür etdi. 
Eyni zamanda O  iclasın bu səviyyədə təşkili üçün göstərdikləri dəstəyə görə Darvin Ağamalıyevə,  İş adamı Zahid Aslanova və digər əməyi keçənlərə minnətdarlığını bildirdi. 
M.Qələndərli bildirdi ki, tədbirin Sumqayıt şəhər 16 saylı tam orta məktəbdə tədbir keçirməsinin xüsüsi önəmi var. Belə ki, 1988-ci ildə Qərbi Azərbaycan türkləri öz doğma yurdlarından deportasiya olunarkən 16 saylı məktəb bizim Əmirxeyir kənd müəllimləriə qucaq açdı. 
O cümlədən: Qələndərov Əsəd Məmməd oğlu, Abdullayev Tanırverdi Məhəmməd oğlu və Şükürov Hidayət Allahverdi oğlu sözugedənməktədə dərs demişdirlər.

Fürsətdən İstifadə edərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Kamandan cənab İlham Əliyevin sabahkı ad gününü Əmirxeyir kənd İcması adından təbrik edirəm deyən, Əmirxeyir kənd icmasının sədri, əlavə etdi ki,  "bu günkü İclasın başlıca məqsədi Əmirxeyir kəndinə qayıtmağımız uğrunda mübarizə aparmaq olmalıdir. Bu mübarizədən heç vaxt geri çəkilməyəcəyik". Sonda M.Qələndərli hərkəsi bu müqəddəs mübarizəyə qoşulmağa dəvət edərək, üzərinə düşən işin öhdəsindən layiqincə gələcəyini bəyan etdi.
Məmməd Qələndərli
Çıxış edən kənd icmasının digər üzvləri də M.Qələndərliyə uğurlar arzulayaraq ona dəstək verəcəklərini dilə gətirdilər. 
Kənd icmasının işinin effektiv olması üçün İdarə Heyəti, Ağsaqqalar və Qadınlar Şurası, Gənclər Birliyi, Mətbuat Xidməti və Nəzarət Təftiş Komissiyası yaradıldı.
Sonda Çəmbərək rayon Əmirxeyir kənd icması nümayəndələri ölkə başçısı İlham Əliyevi doğum günü münasibətilə təbrik edib, xatirə şəkli çəkdirdilər.



















25-12-2023, 16:52 2 570

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903