Zakir Fərəcov Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi ilə görüşüb-FOTOLAR


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Qərbi Azərbaycan İcması (QAİ)  Sumqayıt Nümayəndəliyinin üzvləri ilə görüş keçirib. 
Sumqayit.tv
-in verdiyi məlumata görə, Sumqayıt Dövlət Dram Teatrının konfrans zalında baş tutan görüşə QAİ Sumqayıt Nümayəndəliyinin İdarə Heyyətinin, Ağsaqqalar Şurasının, Qadınlar Surasının və Gənclər Birliyinin üzvləri ilə yanaşı , şəhərin ictimai-mədəni sahəsində fəal rolu olan Qərbi Azərbaycan kökənli ziyalılar da qatılıb.
Toplantını Nümayəndəliyin rəhbəri Ramiz İsmayılov açaraq, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və tədbir iştirakçılarına QAİ sədri, deputat Əziz Ələkbərlinin salamını çatdırıb. O şəhər rəhbərinin İcma üzvləri  ilə baş tutan  görüşünü Nümayəndəliyə göstərilən böyük diqqət və qayğı  kimi qiymətləndirib. Zakir Fərəcova öz adından və icma üzləri adından təşəkkürünü bildirib. 
İcma üzvlərini salamlayan Zakir Fərəcov bildirib ki, onun üçün də Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşmək xoşdur.
"Qərbi Azərbaycan kökənli soydaşlarımızın dərdləri mənə çox yaxından tanışdır. Belə ki, 1988-ci ildən erməni aqressiyası nəticəsində azərbaycanlı ailələr indiki Ermənistan deyilən respublikadan didərgin salınarkən, on minlərlə insan məhz Sumqayıta pənah gətirdi. O zaman rəhbərlik elədiyim birliyi səfərbər edib üzərimizə düşən nə köməklik lazım idisə hamısını həyata keçirməyə çalışdıq. O cümlədən soydaşlarımızı yaşayış yerləri və işlə təmin etdik. Bu gün isə artıq zaman dəyişib. Azərbaycan, prezidenti  cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində misilsiz uğurlara imza atırıq.  Növbəti strateji hədəflərdən biri də məhz, Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın öz doğma ata-baba yurdlarına qayıtmasıdır.  Yəni, zamanın tələbinə uyğun olaraq bu gün Qərbi Azərbaycan mövzusu prioritet məsələyə çevrilib. Ona görə də bu məsələyə təkcə Qərbi Azərbaycan kökənlilər deyil, hamımız dəstək verməliyik."- deyə, Z.Fərəcov bildirib.
Eyni zamanda Zakir Fərəcov QAİ Sumqayıt Nümayəndəliyinə rahat və səmərəli  fəaliyyət göstərməsi üçün şəhərin mərkəzi hissəsindən birində 6 otaqdan ibarət ofis ayrılması və təmir olunub icma üzvlərinin sərəncamına verilməsinə dair göstəriş verdiyini toplantı iştirakçılarının diqqətinə çatdırdı. O bundan sonra da İcmanın Sumqayıt Nümayəndəliyinə istənilən köməkliyi göstərməyə hazır olduğunu və daima diqqət mərkəzində saxlayacağını vurğuladı.
Daha sonra İcmanın bir neçə üzvü çıxış edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Z.Fərəcova göstərdiyi isti münasibətə və verdiyi tövsiyələrə görə minnətdarlıqlarını bildirdilər. 
Qeyd edək ki, iki saatdan artıq davam edən görüş səmimi dialoq və işgüzar şəraitdə keçmişdir.




















28-12-2023, 16:58 1 010

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060