QAİ Sumqayıt nümayəndəliyi Heydər Əliyevlə bağlı konfrans keçirdi-FOTOLAR

Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt Nümayəndəliyinin Gənclər Birliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq “Gəncəlrin düşüncələrində Heydər Əliyev fenomeni” adlı tədbir keçirib.
Sumqayit.tv
xəbər verir ki,  1 nömrəli Uşaq və Gənclər İnkişaf Mərkəzinin akt zalında baş tutan yığıncaqda Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 
Daha sonra gəncləri və qonaqların salamlayan Sumqayıt Nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov tədbiri açıq elan edərək giriş nitiq söyləyb. 
QAİ Sumqayıt Nümayəndəliyinin Gənclər Birliyinin sədri Elman Cəfərov çıxış edib. O, Ümumilli lider Heydər Əliyevin Azərbycan gəncliyinə verdiyi qiymətdən və göstərdiyi dəstəkdən danışaraq əlavə edib ki, bu günkü Azərbaycanın uğurlarının əsası, zamanında ulu öndər tərəfindən qoyulub. Yəni, H.Əliyev istər birinci dəfə, istərsə də ikinci dəfə Azərbaycanda hakimiyyətə gələrkən gənclər siyasətinə daim önəm verib, çoxsaylı müxtəlif sərəncam və fərmanlar imzalayıb. Məhz, Ulu Öndərin Azəraycan gəncliyinə göstərdiyi qayğının nəticəsində, istər ölkə daxilində, istərsə ölkə hüdüdlarından kənarda yaşayan gənclərimiz məqam sahibi ola biliblər. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızı da QAİ Sumqayıt gənclərinin timsalında bütün Azərbaycan gəncliyini salamlayıb. Professor H.Əliyev haqqında danışarkən onun gənclər siyasəti ilə yanaşı bütün sahələrə, o cümlədən təhsilə ayırdığı diqqət barədə danışdı. 
“Təsəvvür edin, Ulu Öndər iqtidara gələndən sonra Azərbaycanda universitetlərin sayı 7-dən, 17-yə qalxdı. Xaricdə təhsil alan gənclərimizin vətənə gətirilməsi ölkəmizin təməl prinsiplərini möhkəmlətdi. Bu faktların özü bir daha göstərir ki, H.Əliyev Azərbaycan üçün çox böyük işlər görüb, özündən sonra sərvətlər qoyb gedib. H.Əliyevin bizlərə qoyduğu ən əsası  sərvət isə  bugünki dövlət başçımız cənab İlham Əliyevdir. Bilirsiniz ki, bir neçə il öncəyə qədər biz dünyanın hər yerində aşağılnırdıq, təhqir olunurduq. Bizi bu bəladan məhz İ.Əliyevin müdürük siyasəti və qətiyyətl addımları xilas etdi. Ona görə də bu gün Azərbaycanın dünya dövlətləri arasında özünə məxsus yeri və nüfuzu var.”-deyə, professor vurğulayıb.  
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızı  Heydər  Əliyevlə dəfələrlə görüşmək imkanının olduğunu və bunu talehinin ən gözəl şanslarından biri olduğunu vurğuladı.  Deputat əlavə etdi ki, Heydər  Əliyev  təhsilə çox böyük önəm verirdi.  “Yaxşı xatırlayıram bir dəfə ulu öndər  xaricdə təhsil almağa gedən  11 nəfər  gəncə bildirdi ki, siz gedib xaricdə təhsil alacaqsınız, lakin, sizin yaşıdlarınız vətən uğurunda burda şəhid olurlar. Ona görə də düşünməyin ki, təhsilinizi başa  vurduqdan sonra  xarici ölkələrdə qalmalısınız. Düşünməlisiniz  ki, xaricdə bilik alıb, Azərbaycana qayıdıb vətənə xidmət etməliyik.”  
“Bir dəfə də Heydər Əliyevlə məhşur  bəstəkar  Mstislav Ratropoviçlə  görüşü zaman dahi musiqiçi, Ulu Öndərin ürəyində yaranmış problemlə  maraqlandı. Ümummilli lider çox müdrükcəainə cavab verdi: “Ürəyimin yarası sağalıb, ancaq qaçqın və köçkün yarmız sağalmayıb.”  Bu iki yanaşma özü təsdiq edir ki, Ümummulli liderimiz Heydər Əliyevin harda olmasından və  kiminlə görüşməsindən asılı  olmayaraq hər zaman  ürəyi  Azərbaycanla döyünüb.”- deyə deputat fikirlərini tamamlayıb. 
Daha sonra  təqaüddə olan  hərbi polkovnik Aqif Baxşəliyev çıxış edərək, Heydər  Əliyev dühasının böyüklüyündən və onun  Azərbaycan ordusu üçün yaratdığı şəraitdən danışaraq əlavə edib ki, ulu öndər həqiqətəndə  suverenliyimizi təhlükədən xilas edən sərkərdə olub.
Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin üzvü,  gənc sahibkar Akif Şahbazov bildirdi ki, 44 günlük vətən müharibəsinin əsasını  zamanında  H.Əliyev qoyub. Həm vətənpərvərlik ruhunun qaldırılması, həm də dövrün çətinliklərinə baxmayaraq neft  kontraktlarının  imzalanması bugünki, qazanılan uğurlarımızın təməl prinsipləri idi. Bu da dilə gətirilməlidir ki, əgər bugünkü uğurlarımızın təməli zamanında H.Əliyev tərəfindən qoyulmuşdursa, o təməli dağılmağa qoymayan, əksinə daha da möhkəmlədən şəxsiyyət  indiki dövlət başçımız İlham Əliyevdir. Ona görə də Əliyevlər ailəsinin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri inkar etmək olmaz. 
Tədbirin sonunda xatirə fotosu çəkildi.














29-12-2023, 16:35 340

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041