Sumqayıtda ölən fəhlənin işlədiyi şirkət kimindir? – Bu şirkətdə əvvəl də ölüm hadisəsi olub


Xəbər verdiyimiz kimi, bu gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb. Bu, “Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil.
Daha əvvəl “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.
Məlumat üçün bildirək ki, “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Cavid Musa oğludur. Şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ev 14A”da yerləşir. Şirkətin təsisçisi Məhəmməd Musayevdir.
“Archico” MMC həmçinin dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır. Şirkət hazırda Şuşa şəhərində yaşayış binaların tikintisi ilə də məşğuldur.
“Archico” MMC 2022-ci ildə “Azərsu” ASC-nin Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı keçirdiyi 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək.
//yeniavaz.com

22-01-2024, 09:00 204

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095