Ramiz İsmayılov: " Beynəlxalq təşkilatların əsas missiyası ermənilərin müdafiəsinə yönəlib"


Dünya  qlobal və beynəlxalq güclərin  “fəaliyyəti” nəticəsində,  ikili standartlar üsulu ilə idarə olunur. Yalnış siyasətin acılarını  dünyanın əksər dövlətləri, o cümlədən də Azərbaycan tarixin müxtəlif zamanlarında dadıb, bu gün də onu hiss etməkdədir. 
Belə ki,  müstəqilliyimizin ilk günlərindən Ermənistanın öz havadarları sayəsində Azərbaycanın əzəli və əbədi torpaqlarını işğal etməsi və bu təcavüzə beynəlxalq təşkilatların, eyni zamnda güc mərkəzlərinin göz yumması, ölkəmizə qarşı olunan ən böuyük haqsızlıq idi. 
Hansı ki, özlərini dünyanın təhlükəsizlik təminatçısı kimi göstərən güclər, təcavüzkar Ermənistan dövlətini cəzalandırmalı və dərhal Qarabağdan silahlı qüvvələrini geri çəkmək üçün əməli addımlar ataraq təzyiq göstərməli idilər. Ən azı işğalçı Ermənistanı üzv olduğu beynəlxalq təşkilatlardan uzaqlaşdıra, yaxud da səs hüququnu əlində ala bilərdilər. Hansı ki, Ermənistanın təcavüzkar siyasətinə qarşı belə bir addımın atılması ilk növbədə məhz həmin qurumların və güclərin reytinqinə təsir edər, dünya dövlətlərinin onlara olan inamını artırmış olardı. 
Lakin, bəşəriyyəti nəzarətində saxlamaq istəyən qüvvələr ikili standartlardan xilas ola  bilməməklə, ilk növbədə özlərinin çıxartdıqları qərar və qətnamələrə hörmətsizlik etməklə, həm özlərinə qarşı dünyada etimatsızlıq mühiti formalaşdırmış oldular. Beləliklə, dünyanın təhlükəsizlik çətirini cıraraq ayaqlar altına atdılar.  
Azərbaycan dövləti 2020-ci ilin 27 sentyabrında Qarabağdakı erməni silahlılarını təmizləmək qərarı verdi və uğurlu 44 günlük əməliyyat nəticəsində erməni terrorçularını  torpaqlarımızdan çıxartdı. Nəhayət, 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı nəticəsində birdəfəlik məsələyə nöqtə qoydu və regionda sülhün bərqərar edilməsi üçün yeni reallıqlar meydana gətirdi.  Azərbaycanın suveren hüquqlarını bərpa etməsi Ermənistan qədərb, bəlkə biraz da artıq ermənilərin havadarlarını narahat etməyə başladı. Müharibə boyunca Azərbaycanın haqlı davasına kölgə salmağa çalışdılar. Müxtəlif beynəlxalq platformalarda ölkəmizlə bağlı qarayaxma kampaniyası apardılar. Dünyanın nüfuzlu medi orqanları dövlət başçımız müzəffər ali baş komandan cənab İlham Əliyevlə müsahibələri zamanı qərəzli suallar ünvanladılar. Lakin, siyasət ustası olan prezidentimiz xarici jurnalistlərin dolaşıq suallarına məharətlə cavablandıraraq bütün dünyanı mat vəziyyətinə saldı. Təbii, Azərbaycan liderinin  məharətlə verdiyi cavablar, Qarabağ konfliktinin uzadılmasında maraqlı olan dövlət rəsmilərini ciddi mənada narahat etməyə başladı. Onlar bir daha dərk etdilər ki, ölkə başçımız Azərbaycan dövlətinin və xalqının maraqlarını, bütün maraqların fövqündə tutur. 
Ona görə də BMT, ATƏT və AŞPA kimi qurumlar Ermənistanın təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədən, Azərbaycanın mövqelərinə zərbə vurmağa cəhdlər edirdilər. Adıkeçən beynəlxalq təşkilatların əsas missiyası “ermənilərin hüquqları”nın müdafiəsinə yönəldiyindən ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etməkdən çəkinmədilər. 
Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin etimadnamələrini mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya, 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsl səbəb Azərbaycanın öz suverenliyini bərpa etməsinə qarşı durmaq və İrəvana dəstək nümayiş etdirməkdən ibarətdir. 
Azərbaycan prezidentinin polad iradəsinə təsir edə bilməyən erməni havadarları istəyirlər ki, 7 fevral tarixində ölkəmizdə keçriləcək prezident seçkilərində aktivlik müşahidə olunmasın. Və beləliklə, əllərində əsas tutaraq ölkəmizə qarşı növbəti qərəzlərini nümayiş etdirmək istəyirlər.  
Xalqımız yaranmış şəraiti bada verməməlidir. Xüsusən də yuxarıda qeyd etdiyimiz təşkilatların ölkəmizə qarşı hansı cəbhədə dayandığını nəzərə almalı, hamılıqla 7 fevralda seçkiyə qatılmaqla, ölkə başçımız İlham Əliyevin ətrafında sıx birləşərək 2020-ci ildə olduğu kimi bu dəfə də düşmənin üzünə sərt sillə vurmalıdır.  

Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəsi Ramiz İsmayılov

1-02-2024, 15:38 382

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903