Yubileyinizi təbrik edirik

3 fevral tarixi Azərbaycanın gənclik şəhəri sayılan Sumqayıtın qurucu-icra başçısı Zakir Fərəcovun dünyaya göz açdığı gündür. Zakir Fərəcov əslən Şərqi Zəngəzurun Laçın rayonundan olsa da hər kəs onu Sumqayıtın yetirməsi olaraq qəbul edir. Elə Sumqayıt və sumqayıtlılar da onu öz doğma övladı bilir. Çünki, Zakir müəllim ömrünün böyük hissəsini doğma şəhəri olan Sumqayıtla bağlayıb. Daha dəqiq desək 53 illik əmək fəaliyyətinin 43 ilini Sumqayıtımıza həsr edən Zakir Fərəcov şəhər sakinlərinin qəlbində xoş hisslər buraxmağı bacarıb.
 Xüsusən də Zakir müəllimin  2 sentyabr 2015-ci ildə Sumqayıta başçı təyin olunması şəhərimiz üçün dönüş nöqtəsi sayıla bilər. O rəhbərlik etdiyi bütün qurumlarda hər zaman öz bacarıq və nümunəvi xidmətlərini göstərdiyinə görə, sumqayıtlılar onun Abşerondan öz doğma şəhərinə qayıdışına böyük ümidlə baxırdı. 
Əvvəla ona görə ki, həm Zakir Fərəcov sumqayıtlıları, həm də sumqayıtlılar Z.Fərəcovu yaxşı tanıyırdı. 
İkincisi, hər bir  sadə sumqayıtlı Zakir müəllimin iş qabliyyətinə bələd idi. Sumqayıtlılar əmin idi ki, şəhərdə yığılıb qalaqlanan problemlər məhz onun sayəsində aradan qaldırıla bilər. Axı, Z.Fərəcov Sumqayıt sakinidir, o özü də bu problemləri bilir və digər sumqayıtlılar kimi narahat olurdu. 
İnsafən Zakir müəllim işinə başladığı ilk gündən  Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ona göstərdiyi etimadı doğurultmaq üçün geniş miqyaslı işləri plana uyğun olaraq həyata keçirməyə başladı. 
Onların içərisində möcüzə sayılacaq  Sumqayıt Bulvarının salınması və dənizin içərisində uzanan 1000 metrə yaxın giriş estakadasının tikilməsi,  mərkəzi küçələrin və məhəllədaxili yolların asfaltanması, zirzəmilərin sulardan qurudulması, evlərin dam örtüklərinin qurulması, Sumqayıt sakinlərinin uzun illər əziyyət çəkdikləri lift probleminin aradan qaldırılması, istismar müddətini bitirmiş binaların sökülüb, yerində yeni evlərin inşa edilməsi,Sumqayıtın mərkəzi və məhəllədaxili həyətlərinin  işıqlandırma sisteminin quraşdırılması, yeni Şahmat Məktəbininin tikilməsi, Heydər Əliyev Parkının abadlaşdırılması, Heydər Əliyev Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Bayraq Meydanının, Muğam Mərkəzinin yaradılması və Sumqayıt Dövlət Dram Teatrının müasir standartlara cavab verən əsaslı təmiri və s. Zakir müəllimin gördüyü işlərin möhtəşəm mənzərəsini göstərən aynadır. 
Zakir Fərəcov quruculuq işləri ilə yanaşı, həm də bir sıra təşkilat və qurumlara öz tövsiyyə və dətəyini verən şəxsdir. O, Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyinin yarandığı ilk gündən öz qayğısını  Qərbi Azərbaycanlılardan da əsirgəmədi. Belə ki, Zakir müəllim QAİ Sumqayıt şəhəri üzrə nümayəndəliyinə rahat fəaliyyət göstərmələri üçün geniş sahəli qərargahla təmin etmiş, Sumqayıtda məskunlaşmış soydaşlarımızla geniş tərkibdə görüş keçirmiş, bu gün də mütəmadi olaraq icmamızla əlaqə saxlayaraq öz dəstəyini verməkdədir. 

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyi olaraq biz də göstərilən diqqət və qayğıya görə, Zakir müəllimə minnətdarlğımızı bildiririk,  belə bir xoş gündə onu  70 illik yubleyi münasibəti ilə təbrik edir, ona ailə səadəti, uzun ömür, can sağlığı və dövlətçilik yolunda atdığı bütün addımlarda uğurlar diləyirik. 

Doğum gününzü mübarək olsun hörmətli Zakir müəllim!

Hörmətlə, Qərbi Azərbaycan İcmasınının Sumqayıt şəhəri üzrə nümayəndəsi Ramiz İsmayılov


2-02-2024, 18:35 328

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005