Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evi əsaslı təmir edilib



Azərbaycan Güləş Federasiyasının bu idman növünün inkişafı üçün atdığı addımlardan biri də yerlərdə maddi-texniki bazanı yaxşılaşdırmaqdan ibarətdir.
Sumqayit.tv xəbər verir ki,  bu çərçivədə görülən işlərdən biri də Sumqayıt şəhərində yerləşən “Alüminiumçu” İdman Evinin əsaslı təmiridir. Belə ki, ötən ilin iyun ayından bərpa prosesinə startı verilən güləş mərkəzində idman zalı, məşqçi otaqları və sanitar qovşaq əsaslı təmir edilib. Eyni zamanda, arenada müasir standartlara cavab verən 2 dəst güləş xalçası yerləşdirilib. Beləliklə, “Alüminiumçu” İdman Evində yüksək səviyyədə təlim-məşq proseslərinin keçirilməsi üçün lazımi şərait yaradılıb. 
Güləş mərkəzinin əsaslı təmirindən sonra ilk məşq baş tutub. Hazırlıq prosesindən öncə Gənclər və İdman Nazirliyinin sektor müdiri Yaşar Rzayev, AGF-nin baş katibi Nəsimi Musayev, Abşeron-Xızı Regional Gənclər və İdman idarəsinin  müavini Rüfət Mahmudzadə, “Alüminiumçu” İdman evinin direktörü Kənan Quliyev, AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev, milli komandalarımızın məşqçiləri Nurəddin Rəcəbov, Emin Əhmədov, Rövşən Hacıyev, Əbilfət Məmmədov və güləş ictimaiyyətinin digər nümayəndələri iştirak edib. Adıçəkilənlər öz çıxışlarında Azərbaycan güləşinə böyük töhfə vermiş bu məkanın təmirinin ölkəmizdə bu idman növünün inkişafına təkan verəcəyini bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.
Qeyd edək ki, “Alüminiumçu” İdman Evində Rövşən Hacıyev, Kənan Quliyev, Emin Bəşirov, Ruslan Eminov, Seymur Qasımov, Nurəddin Rəcəbov, Hüsaməddin Rəcəbov, Elnur Aslanov, Arif Mehdiyev, Ümid Məmmədov, Etibar Qurbanov, Nofəl Babayev, Ceyhun Əliyev, Hüseyn Abbasov, İslam Abbasov və Murad Məmmədov kimi Avropa və dünya arenalarında medallar qazanmış güləşçilər yetişib və yetişməkdədir.

21-02-2024, 13:29 323

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060