Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib-Fotolar

Qərbi Azərbaycan İcmasında  Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli  Qərbi Azərbaycana qayıdış uğrunda İcmanın ətrafında birləşən rayon və kənd icma rəhbərlərini salamlayıb. Sədr bildirib ki, ötən əsr boyunca dörd dəfə öz ata – baba yurdlarından deportasiya edilmiş Qərbi Azərbaycanlılar bu gün evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyir.

Sonuncu 1987-1991 -ci illərin deportasiyası zamanı Ermənistanın tamamilə monoetnik dövlətə çevrildiyini vurğulayan sədr bu gün də Qərbi Azərbaycanlıların çıxarıldıqları yurd yerlərinin boş və dağıdılmış, talan edilmiş halda olduğunu diqqətə çatdırıb. Əziz Ələkbərli qeyd edib ki, soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışının təmin edilməsi istiqamətində hər bir Qərbi Azərbaycanlı səfərbər olmalı,haqq səsimizin daha geniş auditoriyaya çatdırılması istiqamətində əlindən gələni etməlidir. Qeyd olunub ki, bu məqsədlə Qərbi Azərbaycanın rayon və kənd icmalarının sədrlərinin üzərində  böyük mənəvi məsuliyyət var. Qərbi Azərbaycanlıların nəinki indi, gələcəkdə qayıdışdan sonra da kompaktlığını təmin etmək, əlaqələrinin sıxlığının qorunub saxlanması kimi məsələlərdə bu şəxslərin rolu vacibdir.
 
 Görüş rayon və kənd icmalarının sədrləri və nümayəndələrinin sualları əsasında müzakirələrlə davam edib.

Qeyd edək ki, Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrin 1-ci toplantısının keçirilməsi icma sədrləri və nümayəndələrin ilk birgə toplantısı olmaqla onların ictimai əsaslarla vəzifə səlahiyyətləri, tutduqları vəzifələrin icrasına yönəlmiş təlimatlandırma, eyni zamanda Qərbi Azərbaycan məsələsi ətrafında dövlətin siyasi hədəfləri və prioritetlərinin şərhi məqsədini daşıyır.











24-02-2024, 21:30 318

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041