Qərbi azərbaycanlılar aprel şəhidlərini ziyarət etdi-FOTO


Bu gün Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt nümayəndələri aprel döyüşlərinin şəhidlərini yad edib.

Sumqayit.tv xəbər verir ki, İcmanın şəhər nümayəndələri Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Anım tədbirində QAİ Sumqayıt nümayəndəsi Ramiz İsmayılov qısa məlumat verib. O 8 il əvvəl başlayan və tarixə keçən “Aprel döyüşləri”ndə Azərbaycan gənclərinin göstərdikləri igidliklərdən bəhs edərək, əlavə edib ki, müqəddəs şəhidlikdə uyuyan qəhrəman övladlarımızın sayəsində xalq olaraq başımız dikəldi. 

“Düşünürəm ki, aprel döyüşləri həm də  2020-ci ildə əldə edilən tarixi qələbəmizə gedən yolun başlanğıcı idi. Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirən cəng tarixi idi. Bəli, Azərbaycanın hər bir fərdi tez-tez Şəhidlər Xiyabanına gəlməli, burada uyuyan müqəddəslərimizi yad etməli və onların şücaətləri barədə öz övladlarına danışmalıdırlar ki, həm onlar vətənpərvərlik ruhunda böyüsünlər, həm də millətimizə qələbə sevinci bəxş edən qəhrəman oğullarımız illər, əsrlər keçsə də unudulmasınlar” deyə R.İsmayılov bildirib. 

Daha sonar şəhidlərin ruhuna dualar oxunub, məzarlarına gül düzülüb.

Xatırladaq ki, tədbirə QAİ Sumqayıt nümayəndəliyinin Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Birliyinin üzvləri qatılıblar.


























4-04-2024, 17:12 735

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060