Sumqayıt nümayəndəliyinin gənclər birliyinin tərkibi genişlənir-FOTOLAR


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyi Gənclər Birliyi icmanın yeni üzvləri ilə görüş keçirib.  
İcmanın Sumqayıt şəhər Nümayəndəliyindən Sumqayit.tv-yə verilən məlumata görə, görüş nümayəndəliyin ofisinin konfrans zalında baş tutub.

Görüşü giriş sözü ilə QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açıb. O yeni üzv olan gənclərə  QAİ İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin  və özünün salamlarını çatdıraraq, onlara təəssübkeşlikləri üçün  təşəkkür edib. Sumqayıt Nümayəndəliyinə yaradılan yüksək şəraitə görə, prezident İlham Əliyevə və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlığını bildirən R.İsmayilov, Sumqayıtda yaşayan Qərbi Azərbaycanlı gənclərin, yaradılan şəraitdən maksimum yararlanaraq icmanın səsini dünyaya, o cümlədən, ermənilərə daha gurultulu səslə çatdırmağa cagirib.

QAİ Sumqayıt nümyəndəliyi üzrə Gənclər Birliyinin sədri Elman Telmanoğlu yeni qoşulan gənclərə ölkə başçısı cənab İlham Əliyevin icma qarşısında qoyduğu  "Qayıdış Konsepsiyası" barədə danışaraq, gənclərimizin çıxılan yolda əsas aparıcı qüvvə olduğunun vurğulayıb. E.Telmanoğlu gənclərə Qərbi Azərbaycanın tarixi bardə qısa məlumat verərək əlavə edib ki, bu işdə gənclərin fəallıq göstərib, prosesin önündə getməsi vacibdir. Xüsusən də media və social-media sahəsində fəallıq göstərməli, bu işdə ağsaqqaların da təcürbələrindən yararlanmağı tövsiyyə edib. 

Gənclərdən İlkin Şirinov və digər iştirakçılar bildirib ki, həqiqətən də nümayəndəliyin fəaliyyəti üçün yüksək şərait yaradılıb. Yaradılan şəraitdən istifadə edərək, özünü Qərbi Azərbaycanlı hesab edən hər bir gənc, bu işdə bütün varlığı ilə çalışmalı, “Qayıdış Konsepsiyası”nın uğurla həyata keçrilməsinə əmək sərf etməli, dövlətimizin etimadını doğrultmaq üçün əməli addımlar atmalıdır. 

Daha sonar iclasa qonaq qismində  qatılan QAİ Sumqayıt nümayəndəliyinin idarə heyyətinin üzvləri Niyaz Süleymanov və Elçin Abdullayev gəncləri salamlayaraq onlara çıxdıqları yolda uğurlar diləyərək, tərkibin daha da genişləndirilməsini arzulayıblar. 

Sonda gənclərin fəaliyyət istiqamətləri müzakirə olunub. Əərara alınıb ki, tərkib daha da genişləndirilsin.

















8-04-2024, 14:43 2 558

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041