Zakir Fərəcov Qərbi Azərbaycan İcmasının fəxri üzvü oldu-FOTOLAR


Qərbi Azərbaycan İcmasının (QAİ) Sumqayıt şəhəri üzrə nümayəndəliyinə verimliş yeni inzibati binasının əsaslı təmirdən  sonra açılışı olub.

Sumqayit.tv xəbər verir ki, açılışda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Emin Hacıyev,   QAİ Sumqayıt nümayəndəsi Ramiz İsmayılov və Sumqayıtda məskunlaşan Qərbi Azərbaycanlılar iştirak edib.

Nümayəndəliyin ofis otaqlarına baxış keçrildikdən sonra konfrans zalında Qərbi Azərbaycanlılarla görüş baş tutub. 

Səmimi ortamda baş tutan görüşü giriş sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova açıb. O son 200 ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi deportasiya siyasətindən bəhs edib. Şəhər rəhbəri bildirib ki, artıq dövr dəyişib. “Azərbaycan cənab prezident İlham Əliyevin rəhbərliyi altında iki əsirlik işğalçılıq sindiromunu qırıb. Ölkə başçısının ağıllı siyasi gedişləri,   Azərbaycanı nüfuzlu dövlətlər sırasına qaldırıb. Dostlarımız sevinib, düşmənlərimiz isə qorxuya düşüb.  Dövlət başçımız tərəfindən Qərbi Azərbaycan İcmasına göstərilən diqqət və qayğı ermənilərin yuxusunu ərşə çəkib. Yaradılan şəraitdən maksimum istifadə olunmalıdır ki, Qərbi Azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarına sülh şəraitində qayıda bilsinlər. Bu istiqamətdə səylərimizi birləşdirməliyik” - deyə, Z.Fərəcov bildirib. 

Sonra, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edib. QAİ İdarə Heyyətinin sədri  dövlət başçısının İcmanın qarşısında qoyduğu qayıdış konsepsiyasa haqqda toplantı iştirakçılarına ətraflı məlumat verib.

 Ə.Ələkbərli Sumqayıt nümayəndəliyi üçün yaradılan şəraitdən məmnun qaldığını qeyd edib.  QAİ sədri ölkə üzrə İcmanın 41 nümayəndəliyinin yaradıldığını bildirib. Eyni zamanda əlavə edib ki, yaradılan şəraitə görə, Sumqayıt nümayəndəliyinin ofisi digərlərindən geniş və daha rahatdır. Ona görə də Sumqayıt Nümayəndəliyinin işi nümayəndəliklərimiz arasında birincilik bayrağını əlində tutur. Bu səbəbdən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısına minnətdarlığını bildirən Ə.Ələkbərli   Zakir Fərəcovun yaxasına Qərbi Azərbaycan İcmasının döş nişanını taxaraq, ikincini QAİ-in fəxri üzvü elan edib. 

Qərbi Azərbaycan İcması Gənclər Birliyi İdarə Heyyətinin üzvü, millət vəkili Emin Hacıyev çıxış edərək bildirdi ki, QAİ-in fəaliyyəti indiki Ermənistamda o cümlədən ermənilərə havadarlıq edən bir sıra dövlətlərdə əks-səda doğurub. “Onlar bizimlə görüşlər zamanı öz həyacn və qorxularını gizlədə bilmirlər. Xüsusən də Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan məsələsində qətiyyətli mövqeyi onlarda təlaş hissini artırıb. Ona görə də çıxdığımız doğuru yolda daha da mətin addımlarla irəlləməliyik”,  deyə - E. Hacıyev fikirlərini tamamalayıb.

Daha sonra QAİ Sumqayıt nümayəndəliyinin sədr Ramiz İsmayılov çıxış edərək Sumqayıt   təşkilatının bundan sonra da fəaliyyətini artıracağına dair həm icra başçısına, həm də Ə.Ələkbərliyə söz verib. 

Tədbirdə çıxış edən digər natiqlər Əvəz Mahmud Lələdağ, Sevindik Səfərov, Alı Alıyev, Nizami Əhmədov, Rüxsarə Məmmədova və Akif Şahbazov erməni vəhşiliklərinə qarşı, İcmanın xətti ilə hüquqi müstəvidə aparılan mübarizənin genişləndirilməsindən bəhs edərək, digər Qərbi Azərbaycan kökənli insaları da nümayəndəliyin işində fəal olmağa dəvət ediblər.



















4-05-2024, 13:21 499

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972