26 nömrləli məktəbin şagirdləri ilə Qərbi Azərbaycan mövzusunda tədbir keçirilib-FOTOLAR


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin ofisində “Dahi insan bəşəriyyət kitabının sərlövhəsidir” adlı tədbir keçirilib.

 

Sumqayit.tv-yə verilən məlumata görə, Abşeron –Xızı Regional Təhsil İdarəsi və QAİ Sumqayıt şəhər nümayəndəliyinin Qadınlar Şurasının (SQŞ) təşəbbüsü ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş, "Biz inanırıq ki,yaxın illərdə Qərbi Azərbaycanda da xalqımızın itirilmiş hüquqlarının bərpasına nail olacağıq" mövzusunda tədbir keçirilib. 

 

Sumqayıt şəhərində yerləşən 26 saylı orta məktəbin tarix müəllimlərinin və şagirdlərinin iştirakı ilə baş tutan tədbirdə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanla bağlı mühazirələr dinlənilib. 

 

Tədbirdə Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra tədbiri QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açaraq, Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin salamlarını iştirakçıların diqqətinə çatdırıb. Şagirdlərə və müəllimlərə uğurlar arzulayan R.İsmayılov indiki Ermənistan ərazilərinin tarixi türk yurdu olduğunu qeyd edərək, bu həssas mövzu barədə orta məktəb şagirdlərinin məlumatlı olmasının vacibliyini vurğuladı.

 

QAİ Sumqayıt şəhər Qadınlar Şurasının sədr müavini Əntiqə Rzayeva da öz növbəsində,  Abşeron –Xızı Regional Təhsil İdarəsinin müdiri, SQŞ-ın sədri İlhamə Abdullayevanın salamlarını çatdırıb. O bildirib ki, Sumqayıt nümayəndəliyinin Qadınlar Şurasının xətti ilə bir sıra məktəblərdə sözügedən mövzu ilə bağlı layihələr həyata keçirirlər. Çünki, Azərbaycan gənclərinin öz həqiqi tarixini bilmək haqqı var. Ona görə də bu istiqamətdə geniş işlər aparılır deyə, Ə.Rzayeva  fikirlərini yekunlaşdırıb. 

 

Daha sonra 26 saylı orta məktəbin tarix müəllimi Elmira Məhərrəmova Qərbi Azərbaycan mövzusunda ətraflı məlumat verib. O, Sovetlər dövründə Qərbi Azərbaycanın mahallarının necə ermənilərə verilməsi barədə, şagirdlərə tarixi faktları sadalayıb.  E.Məhərrəmova bildirib ki, Moskvanın himayəsi altında ermənilər gah zor, gah da Azərbaycanda güya ki, işçi qüvvəsi olmadığı üçün Qərbi Azərbaycanda yaşayan soydaşlarımızı mədəni depoartasiyaya məruz qoyaraq köçürüblər. 

 

Sonra, 26 saylı orta məktəbin tarix müəllimi Pərviz Bağıyev Qərbi Azərbaycanda baş verən tarixi həqiqətləri şagirdlərin diqqətinə çatdırıb. P.Bağıyev tarixə söykənən həqiqətləri hər bir gəncimizin bilməsinə önə çəkərək əlavə edib ki, hər kəs Q.Azərbaycan torpaqlarının doğma yurdumuz olduğunu dərk etməli və bu istiqəmətdə dövlət başçısı cənab İlham Əliyevin qarşımıza qoyduğu tapşırıqları mükəmməl formada həyata keçirməlidir ki, hədəfimizə çata bilək. 

 

Daha sonra adıkeçən məktəbin digər tarix müəllimi Elnurə Abbasova çıxış edərək, Azərbaycan gəncliyinin tarixdən dərs almalarının əhəmiyyətindən danışıb. O da digər həmkarları kimi Qərbi Azərbaycan mövzusunun həssas və doğma olduğunu, ona gərə də tarixi yaddaşlarımızdan silinməməsi üçün təbliğat kompaniyasının daha da genişləndirilməsinin vacibliyindən söz açıb.  

 

Sonda 26 saylı məktəbin şagirdləri Qərbi Azərbaycan mövzusunda danışaraq, onları maraqlandıran məsələlərə dair suallar veriblər. 
























7-05-2024, 17:56 742

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972