Prezidentlərin öldüyü MÜƏMMALI təyyarə qəzaları



Xəbər verdiyimiz kimi, mayın 19-da İran prezidenti İbrahim Rəisi və onu müşahidə edən heyətin hamısı helikopter qəzasında həlak olub. 
Lakin bu da məlumdur ki, İbrahim Rəisi təyyarə qəzasına uğrayan yeganə prezident deyil. Bu günə qədər bir çox prezidentlər müəmmalı şəkildə təyyarə qəzasında həlak olub.
Musavat.com onlardan bir neçəsini təqdim edir.
10 aprel 2010-cu il. Polşa prezidenti Lex Kaçinski, onun xanımı və Polşanın xeyli dövlət xadimi Tu-154 təyyarəsinin qəzaya uğraması ilə həlak olur. Lex Kaçinski Smolensk vilayətinin Xatın kəndində 1940-cı ilin yazında güllələnən polşalı zabitlərin anım tədbirlərində iştirak etməli idi. Bu günə qədər də prezidentin ölümünün Moskvanın hədəfi olduğunu deyənlər var. Hətta Polşanın mədəniyyət nazirinin müavini Yaroslav Selina “Polşa radiosu”na açıqlamasında Tu-154M təyyarəsinin havada partladıldığını, Polşa hökumətinin bununla bağlı təkzibedilməz sübutlar əldə etdiyini demişdi:
“Tu-154M təyyarəsinin uçuş zamanı partladıldığı sübut edilib. Təyyarə havada dağılmağa başlayıb”.
Smolensk vilayət administrasiyasından bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub. Varşava isə Moskvanı sənədləri gizlətməkdə və saxtalaşdırmaqda ittiham edib. Təyyarə qəzası baş verdikdən sonra internetdə bir video yayıldı. Bu videoda təyyarənin qalıqları arasında gəzişən üç nəfər silahlı şəxsin sağ qalan və kömək istəyən insanları güllələdiyi göstərilir. Polşanın hərbi prokuroru deyib ki, Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən qəzadan bir neçə dəqiqə sonra mobil telefonla çəkilən və qəza yerində gəzən üç siluet, silah və gülüş səsləri, təyyarədən çölə çıxan bir adamın və nəhayət, pilotun qışqıraraq yardım istəməsi ilə bağlı yayılan görüntüləri həqiqidir. Bu video hadisə yerinə çatan ilk şahid tərəfindən çəkilib və bu zaman hadisə yerində nə təcili yardım, nə də xilasedicilər olub. Ləngidilmiş kadrlarda sağ qalan bir nəfərin əlini yuxarı qaldırması görünür və onun pilot olduğu ehtimal edilir. Daha sonra videoda bir neçə dəfə atəş səsləri və həyəcan siqnalı eşidilir. Birinci atəş səsindən sonra naməlum 3 nəfərin gülüş səsləri və sonuncu atəş səslərindən sonra isə rus dilində deyilən aşağıdakı sözlər aydın eşidilir:
“Vse nazad, uxodim” (Hamı geriyə, gedirik)
Polşanı şoka salan həmin görüntüləri mobil telefonla çəkən Rusiya vətəndaşı Andrey Mendiereyin bunları internetdə yerləşdirməsindən sonra bel nahiyəsindən bıçaqlandığı və daha sonra xəstəxanada onun qoşulduğu süni nəfəs aparatının söndürüldüyü bildirilir. Qəza ilə bağlı aparılan cinayət işində şahid qismində ifadə vermiş sonuncu şəxs isə 2012-ci ilin noyabr ayında özünü asaraq intihar edib.
43 yaşlı pilot Remiqiuş Musyanın cəsədi yaşadığı mənzildə aşkar edilib. Maraqlıdır ki, Rusiya təyyarənin qalıqlarını indiyə kimi Polşaya verməyib. Rusiyanın müstəqil jurnalisti Aleksandr Sotnik bunun heç də təəccüblü olmadığını bildirir. “Putin qəzaya uğrayan təyyarənin qalıqlarını polyaklara verməyə hazırlaşmır. Hər şey məntiqlidir”, - jurnalist feysbuk səhifəsində yazıb.
1969-cu ildə Boliviyanın prezidenti Rene Baryentos Otrunyo təyyarə qəzasında ölüb. Qəzanın təşkil olunduğu bildirilir.
1981-ci ildə Panamanın rəhbəri general Omar Torrixos müəmmalı təyyarə qəzasında həlak olur.
1983-cü ildə Ekvadorun prezidenti Xayme Roldos Aqilera təfsilatı hələ də qaranlıq qalan təyyarə qəzasında həlak olur.
1986-cı ildə Mozambikin prezidenti Samora Maşel öz ölkəsinə qayıdarkən təyyarə qəzasında həlak olur. Onunla birlikdə Tu-134 təyyarəsində Mozambikin bir sıra nazirləri də ölür. Qəzanın səbəbləri hələ də araşdırılmayıb.
1988-ci ildə Pakistanın prezidenti Ziya Ül-Həqq Məhəmməd qəzaya uğrayan “Herkules C-130” hərbi təyyarəsində həlak olur.
1994-cü ildə Böyük Afrika Gölləri üzərində yaraqlı dəstələrin vurub yerə saldığı təyyarədə eyni vaxtda iki ölkənin prezidenti həlak olur. Burundinin prezidenti Kiprien Natriama və Ruandanın prezidenti Juvenal Habyarimana uçduğu təyyarənin Tutsi qəbiləsinə məxsus üsyançılar tərəfindən atəşə tutulduğu xəbər verilirdi.
İraq prezidenti Əbül Salam Arif 13 aprel 1966-cı ildə İraqın cənubunda təyyarə qəzasında həlak olub. Əbdül Salam Arifin ölümündən sonra onun böyük qardaşı Əbdül Rəhman Arif prezidentlik kürsüsünə keçib.
2004-cü ildə Makedoniyanın prezidenti Boris Traykovski təyyarə qəzasında həlak olur.
// Musavat.com

20-05-2024, 16:19 151

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 20:00
Dünən, 19:01
Dünən, 09:07
Dünən, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972