QAİ Sumqayit Nümayəndəliyinin Gənclər Birliyi ətrafını genişləndirir-Video


Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt şəhər nümayəndəliyinin Gənclər Birliyinin növbəti qrup iclası keçirilib. 
Sumqayit.tv
-in verdiyi məlumata görə, Sumqayıt şəhər nümayəndəliyinin konfrans zalında baş tutan iclası, nümayəndəliyin rəhbəri Ramiz İsmayılov açıb. O, yeni qoşulan üzvləri öz adından və QAİ İdarə Heyyətinin sədri, miilət vəkili Əziz Ələkbərlinin adından  salamlayıb.
Yeni qoşulan üzvlərə Qərbi Azərbaycan İcmasının yaranma tarixindən, məqsəd və məramından bəhs edən R.İsmayılov, gənclərin qayıdış proqramı çərçivəsində yer alacaqları rolun mahiyyəti barədə ətraflı məlumat verərək bildirib ki, gənclər bu işdə əsas aparıcı qüvvə hesab olunur. 
Sonra QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Birliyinin (SGB) sədri, Elman Telmanoğlu çıxış edib. Gənclər qarşısında duran vəzifələr haqqında danışan E.Telmanoğlu hər kəsin Qərbi Azərbaycanla bağlı geniş məlumata sahib olmalarına diqqət çəkib. Qərbi Azərbaycanın toponimləri, mətbəxi, adət-ənənələri, tarixi abidələri və s. barədə danışan Sumqayıt Gənclər Birliyinin sədri belə məsələlərdə yaşlı nəsillərin təcürbələrindən yararlanmağı və tarixi kitablardan bəhrələnməyin vacibliyini xüsusi qeyd edib.
“Bizim hamımızın ruhu Qərbi Azərbaycanla bağlı olmalıdır. Müqəddəs torpaqlarımız uğurunda başladılan işin müsbət nəticə ilə yekunlaşması üçün  daxili inam hissimizi artırmalıyıq.”-deyə, E.Telmanoğlu fikirlərini tamamlayıb. 
Sonra QAİ Sumqayıt Gənclər Birliyinin qurup rəhbəri Lalə Tanrıverdiyeva çıxış edərək,  Qərbi Azərbaycana qayıtmaq istiqamətində hər kəsin birləşməli olduğunu vurğulayıb . O, gəncləri icmanın işinə ciddi yanaşmağa, bilik və bacarıqlarını ortaya qoymağa  dəvət edib. 
QAİ Sumqayıt nümayəndəliyinin sədr müavini Yasin Mansurov iclas iştirakçılarını salamlayaraq bildirib ki, mütəşəkkil olmağımız üçün  gənclərimizə böyük ümüd bəsləyirik və onlara inanırıq.  Ona görə ki, dövlətimiz tərəfindən İcmamızın formalaşması və fəaliyyət istiqamətini genişləndirməsi üçün şərait yaradılıb.  Bizlər də sizə dəstək vermək üçün əlimizdən gələni edəcəyik. 
QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin üzvü Elçin Abdullayev gənclərdən bu işdə çox şey umduğunu deyib.  “Bilirik ki, qarşımızda duran düşmən dünyanın bir çox ölkələrində geniş işlər aparır. Etiraf  etməliyik, ermən diasporası bir sıra hallarda dünyanın  bəzi aparıcı dövlətlərinə təsir edə bilir. Hətta, müəyyən dövürlərdə  öz haqsız mövqelərini həmin güclərə sırıya  bilirlər.  Nəticədə həmin dövlətlər Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyiblər.  
 Lakin bu bizi qorxutmamalıdır. Çünki, biz haqq yolundayıq. Zaman bizim xeyirimizə işləyir.  Çıxdığımız  yolda haqlı mövqeyimizi dünya biliyinə çatdırmaq üçün isə mütləq 
əvvəl də qeyd olunduğu kimi savadlı, bilikli və elimli olmalıyıq. Daim axtarışda olub tutarlı məlumatlar əldə etməklə, erməni yalanlarını ifşa etməliyik.”- deyə, Elçin Abdullayev fikirlərini bildirib.  
Xoş ovqatda keçən görüşdə  Qərbi Azərbaycana dair gəncləri maraqlandıran suallar ətrafında müzakirə aparılıb, verilən suallar cavablandırılıb.  
Sonda gənclərlə xatirə şəkili çəkilib.

20-05-2024, 18:16 322

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041