Qərbi Azərbaycan İcması (QAİ) Gorus rayon Qurdqalaq kənd icmasının ilk iclası keçirilib-FOTOLAR/VİDEO


Qərbi Azərbaycan İcması (QAİ) Gorus rayon Qurdqalaq kənd  icmasının ilk iclası keçirilib. 
Sumqayit.tv
-in verdiyi məlumata görə, QAİ Sumqayıt şəhəri üzrə nümayəndəliyində baş tutan toplantını, giriş sözü ilə nümayəndəliyin sədri Ramiz İsmayılovaçıb. O,  Qurdqalaq kənd icmasının üzvlərini öz adından və Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin adından salamlayıb. 
Ramiz İsmayılov

 Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Şəhidlər anıldıqdan sonra cıxışını davam etdirən R.İsmayılov,  əlavə edib ki, Qərbi Azərbaycan İcmasının kənd-kənd, rayon-rayon və şəhərlər üzrə təşkilatlanması  düşmənlərin kürkünə birə salıb. “Xüsusən də cənab prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusunu gündəmə gətirməsi və bundan ilhamlanan soydaşlarımızın təşkilatlanaması, Ermənistan hakimiyyətini o cümlədən də cəmiyyətini ciddi mənada narahat edib. Onlar Qərbi Azərbaycanlıların öz ata-baba yurdlarına qayıdacaqları günün uzaqda olmadığını deyirlər. Bəli, Gorus rayonunun Qurdqalaq kənd icmasının da formalaşması ümumi prosesə təkan verəcək.”-deyə R.İsmayılov fikirlərini  bildirib.
Yasin Mansurov

Sonra QAİ Sumqayıt nümayəndəliyinin sədr müavini Yasin Mansurovçıxış edib. O,Qurdqalaq kənd icmasının üzvlərini salmlayaraq onlara çıxdıqları yolda uğurlar arzulayıb. Bundan başqa Y.Mansurov Sumqayıt nümayəndəliyinin gördüyü işlər barədə iclas iştirakçılarını məlumatlandırır.Onun yaxın günlərdə Rusiyadan qayıtdığını, orada  yaşayan Qərbi Azərbaycanlılarla görüşdüyünü və təşkilatlanma istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.
Elçin Abdullayev

Sonra QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin üzvi,Qurdqalaq kənd icmasının sədri Elçin Abdullayevçıxış edib. O da öz növbəsində kənd icma üzvlərini salamlayaraq onlara işlərində uğurlar diləyib. İcmanın nizamnaməsi və mərəmnaməsi barədə ətrafı məlumat verən E.Abdullayev, Qurdqalaq kənd icmasının da QAİ nizamnaməsinə uyğun formalaşmalı olduğunu qeyd edib.  O eyni zamanda işlərinin çox olmasından dolayı özünün kənd İcma sədrliyi vəzifəsini Məmmədov Fuad Zahid oğluna həvalə etmək isdəyini və bu məsələyə Qurdqalaqlıların münasibət bildirməsini istəyib. E.Abdullayevin təklifi yekdilliklə qəbul olunub. 
Mehriban İsmayılova

Sonra QAİ Sumqayıt nümayəndəliyinin Qadınlar şurasının üzvü, Qurdqalaq kənd sakini  Mehriban İsmayılova çıxış edib. O da öz kəndçilərinə uğurlar arzulayaraq onları  fəal olmağa və bu kənarda durmamağa çağırıb. 
“Biz nə qədər bir olarıqsa, o qədər də güclü olacağıq. Dövlətimizin  bizim qarşımızda tələbi rahatlıqla həyata keçirə biləcəyik.”-deyən, M.İsmayılova bu işdə hər kəsə uğurlar diləyib. 
Fuad Məmmədov

Qurdqalaq kənd icmasının yeni seçilən sədri Fuad Məmmədovdanışaraq, göstərdikləri etimada görə, bütün kəndçilərinə minnətdarlığını bildirib və əlavə edib ki, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün əlindən gələni edəcək. 
İlham Məmmədov

Sonra Qurdqalaq kənd icmasının üzvüləri, İlham Məmmədov, Firudin Əsgərov, Fəridə Məmmədova, Xasay Məmmədov, “Həkəri” qəzetinin baş redaktoru Rauf İlyasoğluçıxış edərək Qurdqalağın diğər sakinlərini də aktivlik göstərməyə və bu siyasətə dəstək verməyə səsləyiblər. 
Rauf İlyasoğlu
Çıxışlar yekunlaşdıqdan sonra Qurdqalaq kənd icmasını İdarə heyyəti və şüraları formalaşdırılıb. Beləliklə,Əhəd Məmmədov  Qurdqalaq kənd icmasının Ağsaqqallar Şurasının sədri,Mehriban İsmayılova Qurdqalaq kənd icmasının Qadınlar Şurasının sədri,Zaur İsmayılov Qurdqalaq kənd icmasının Gənclər Birliyinin sədri seçiliblər. 
Sonda xatirə fotosu çəkilib.







































29-05-2024, 13:01 896

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041