Ramiz İsmayılov: " Dil içində dil, din içində dinimizi saxlaya bildik”-FOTO

Bu gün Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt nümayəndəliyinin təşəbbüsü ilə “Qərbi Azərbaycanda dini mədəni irs” mövzusunda toplantı  keçirilib. 
Sumqayit.tv
xəbər verir ki, QAİ Sumqayıt nümayəndəliyində baş tutan görüşdə  Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin  (DQDK) Sumqayıt bölgəsi üzrə şöbənin rəhbərliyi, Sumqayıt şəhər İcra Hakimiyyətinin  məsul əməkdaşı,  o cümlədən Sumqayıtda fəaliyyət göstərən islam və qeyri-islam səmavi dini icmalarının din xadimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə  QAİ Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açaraq gələn qonaqları Qərbi Azərbaycan İcması İdarə Heyyətinin sədri, Milli Məclisin deputatı  Əziz Ələkbərlinin və öz adından salamlayıb.
Sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qərbi Azərbaycanın dini adət-ənənələrindən, islam dinini tərənnüm edən  tarixi abidələrdən, qəbristanlıqlardan danışan R.İsmayılov bidirib ki, Qərbi azərbaycanlılar ağır şərtlərə rəğmən sonuncu deportasiyaya qədər dini rituallara əməl edib, müsəlmançılıq ənənələrini qoruya bildilər.
“Baxmayaraq ki, ermənilər Azərbaycan terklərinə hər addımda istər milli kimlik baxımından, istəsə də dini inancımız baxımından sıxışdırırdılar. Lakin biz Qərbi azərbaycanlılar, dil içində dil, din içində dinimizi saxlaya bildik.”- deyərək R.İsmayılov firiklərini yekunlaşdırıb.   
DQDK sədri Ramin Məmmədovun salamlarını tədbir iştirakçılarına çatdıran Sumqayıt bölgəsi üzrə şöbə müdiri  Yalçın Abdullayev Azərbaycan dövləti tərəfindən bütün dinlərə bərabər şəraitin yaradıldığını,  tarixi, dini abidələrin qorunub saxladığını deyib. 
Y.Abdullayev Ermənistan adlanan dövlətin isə müsəlmanlara aid olan abidə və məscidlərinin daşnaq ermənilər tərəfindən dağıdılaraq məhv edildiyini bildirib.
Bundan başqa şöbə müdiri əlavə edib ki, ermənilər İrəvana gələn qonaqlara Ermənistan ərazisində olan, əslində isə  müsəlmanlara xas dini məbədgahların özlərinə məxsus olduğunu təqdim etməyə çalşırlar. “1924-cü ildə İrəvan şəhəri plana salınarkən, Azərbaycan türklərinə məxsus tarixi-memarlıq nümunələrini məhv ediblər. Bizim ölkədə isə belə hallar yoxdur. Xüsusən də ölkə prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanda yaşayan islam və qeyri-islam dininə məxsus insanlar sülh, əminamanlıq və qardaşlıq şəraitində yaşayırlar. Tolerant münasibətin nəticəsində biz islam, xristian və yəhudi dininə mənsub olan din xadimləri hər il 20 yanvar şəhidlərini birgə ziyarət edir, onların ruhlarına dualar oxuyuruq.”-deyə, Y.Abdullayev nitqini tamamlayıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov ermənilərin Qafqaza köç etmə tarixindən və onların azərbaycanlılara qarşı tutduqları divandan söz açıb.
F.Kazımov qeyd edib ki, “Ermənilər azərbaycanlıları zaman-zaman köçürməklə kifayətlənməyib, onların dini-mədəni irsini ya dağıtdılar, ya da saxtalaşdırdılar. Tarixi yaddaşımızı təzələmək, yaxud da bizə məxsus olan irsi gənc nəsilə ötürmək baxımından belə tədbirlərin keçirilməsi böyük əhəmiyyəti daşıyır.”
Sonra QAİ Sumqayıt nümayəndəliyinin İdarə Heyyətinin üzvü Dünyamin Əhmədov sözügedən tədbirin mahiyyəti barədə danışıb. D.Əhmədov bildirib ki, o dövrdə ermənilər bizim dini və milli ənənələrimizi məhv edərk indiki kimi güclü dövlətimiz yox idi. İndi isə dövr dəyişib. Artıq Azərbaycan dövləti kifayət qədər qüdrətə sahibdir. Ən əsası isə onun güclü lideri var. Bu faktlar  bizdə inam yaradır ki, nə zamansa ata-baba yurdumuz olan Qərbi Azərbaycana qayıdacağıq və oradakı dini ənənələrimizi bərpa edəcəyik. 
D.Əhmədov əlavə edib ki, “Ermənilər onların olmayanı özünüküləşdirməklə məşğul olurlar. Onların dindarları bu günün özündə də revanşist əməllərindən əl çəkmirlər. Erməni xalqını Azərbaycana qarşı ayağa qaldırmaq istəyirlər. Ona görə də ayıq-sayıq olmalıyıq ki, ermənilərə fürsət verməyək .”
Daha sonra din xadimləri Hacı Nicat, Murad İslamov, Mirkazım Kazımov, QAİ Sumqayıt nümayəndəliyinin İdarə heyyətinin üzvləri Sevindik Hüseyinov   Akif Şahbazov Qərbi Azərbaycana aid dini ənənələrdən danışıblar.
Sonda xatirə forosu çəkilib.






























13-06-2024, 17:40 465

Digər xəbərlər

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Bu gün, 12:19
Bu gün, 10:17
Bu gün, 10:14
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1058