Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının cari ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib



Qərbi Azərbaycan İcmasında yerli rayon icmalarının 2024-cü ilin birinci yarımilliyi üçün hesabat iclası keçirilib.
İcmadan Sumqayit.tv-yə bildiriblər ki, iclasda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli hazırda Qərbi Azərbaycanın bütün ərazilərini proporsional şəkildə əhatə edən 21 yerli icmanın fəaliyyət göstərdiyini, həmin rayonları təmsil edən nüfuzlu şəxslərin ictimai əsaslarla 5 il müddətinə icma sədri vəzifəsinə təyin olunduqlarını deyib.
O diqqətə çatdırıb ki, hesabat dövründə yerli icmalar məlumatlandırma və digər istiqamətdə verilən tapşırıqların öhdəsindən gəlib, ata-baba yurdlarımıza geri qayıdış uğrunda Qərbi Azərbaycan İcmasının ətrafında sıx birləşməyə və birgə çalışmağa davam ediblər. Bu ilin altı ayı ərzində yerli icmalar tərəfindən bir çox işlər görülüb, təşkilatlanma, strukturların formalaşdırılması, əhali qrupları ilə əlaqələrin yaradılması, onların arasında kommunikasiyanın gücləndirilməsi, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birlikdə, ardıcıl və məqsədyönlü şəkildə tədbirlər həyata keçirilib. İcma üzvlüyünə qəbul olmaq üçün 8000 nəfərin müraciətləri toplanıb və 7000-dən çox insana üzvlük vəsiqələrinin verilməsi artıq başa çatdırılıb.
İcma sədri qeyd edib ki, təşkilatlanma ilə yanaşı, ən vacib məsələlərdən biri də 1987-1991-ci illərdə Ermənistan SSR-dən qovulmuş, geri qayıdış hüquqlarından məhrum edilmiş azərbaycanlı əhalinin siyahısının tərtib olunması, onların şəhərlər, rayonlar, qəsəbələr, kəndlər, ailələr üzrə təsnifatlaşdırılması işləri demək olar tam başa çatdırılıb. Müəyyən olunub ki, deportasiya edilmiş 300 minədək əhali Azərbaycanın 58 rayonunda məskunlaşıb, bir qismi isə xarici ölkələrə köç etmək məcburiyyətində qalıb. Xatırladılıb ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində Keşkənd icmasının sədri, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi yaradılıb.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, yerli icmalar Qərbi Azərbaycan İcmasının Aparatı tərəfindən təşkil olunan ümumi xarakterli tədbirlərdə fəal iştirak ediblər.
Bundan əlavə, ayrı-ayrı icmaların rayonlar və kəndlər üzrə görüşləri keçirilib, bu görüşlərdə İcmanın fəaliyyəti, görülən işlərin təhlili, qarşıda duran vəzifələrin müzakirəsi aparılıb.
Məlumat üçün bildirək ki, Qərbi Azərbaycan İcmasının fəaliyyətinin geniş işıqlandırılması məqsədilə yerli icmaların sosial şəbəkə hesabları yaradılıb, seçilmiş nümayəndələr, ziyalılar, sadə vətəndaşlar Qərbi Azərbaycan həqiqətləri barədə məlumatların ictimaiyyətə çatdırılması işlərinə fəal qoşulublar.
Qərbi Azərbaycan İcması tərəfindən Qərbi Azərbaycan kökənli şəhidlər haqqında məlumatların toplanılması istiqamətində də böyük işlər görülüb. “Qərbi Azərbaycan şəhidləri” kitabının birinci cildi hazırlanaraq çap üçün mətbəəyə təqdim edilib. Eyni zamanda, Qarakilsə rayon icması tərəfindən “Qarakilsə şəhidləri”, Qafan rayon icması tərəfindən “Qafan şəhidləri”, Mehri rayon icması tərəfindən “Mehri şəhidləri”, Basarkeçər rayon icması tərəfindən “Basarkeçər alimləri”, “Basarkeçər rayonu ərazisində mikrotoponimlər”, “Basarkeçər şəhidləri” adlı kitablar çapa hazırlanır.
Qərbi Azərbaycanın ayrı-ayrı rayon və kənd icmalarının öz təşəbbüsləri ilə bir sıra görüşlər təşkil ediblər. Bu sırada Karvansaray, Çəmbərək rayonlarının birgə təşkil etdikləri icma üzvlərinin görüşünün, Böyük Qarakilsə rayonunun Arçut kənd orta məktəbinin 100 illiyi, Çəmbərək rayonunun Ağbulaq kənd orta məktəbinin 100 illiyi, Basarkeçər rayon Daşkənd icmasının toplantısı, Amasiya rayonunun Ellərkənd icmasının görüşünü qeyd etmək olar.
Ümumilikdə yerli icmalar tərəfindən cari ilin altı ayı ərzində 58 tədbir keçirilib. Onlardan 1-i fotosərgi (Qarakilsə rayonu, Dəstəgird kəndi), 11-i kitab təqdimatı, 12-si icma görüşü, 34-ü isə digər mövzulara həsr olunmuş digər tədbirlərdir. // Azərtac









2-07-2024, 20:51 288

Digər xəbərlər

“Qarabağ” Bilbaoda məğlub oldu – İlk itki

Ramiz Mehdiyev məsələsi sıradan deyil” — Cahandar Bayoğlu: “Azərbaycanda paralel dövlət qurulub”

Sumqayıtın bu ərazilərində qaz kəsiləcək

Qəbələ Zirvəsi və Azərbaycan

Sumqayıtlı yeniyetmə Almaniyada qızıl medal qazandı -FOTO

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 22:36
Dünən, 13:53
Dünən, 12:11
Dünən, 10:21
Dünən, 09:52
21-10-2025, 13:50
21-10-2025, 11:03
21-10-2025, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 972