Sumqayıt Dövlət Dram Teatrı hansı tamaşalarla tamaşaçıların sevindirəcək?

Sentyabr ayından yeni teatr mövsümünə start verilir. 151 yaşlı Azərbaycan teatrının ənənələrini davam etdirən milli incəsənət ocaqlarımız müxtəlif tamaşalarla növbəti mövsümü açıq elan edəcəklər.
Sumqayıt Dövlət Dram Teatrında Sumqayit.tv-yə verilən məlumata görə, 2024-2025-ci illəri əhatə edən mövsümdə izləyiciləri yeni tamaşalar gözləyir.
Sumqayıt Dövlət Dram Teatrında yeni mövsümün açılışı 20-27 sentyabr ərəfəsində nəzərdə tutulur. Mövsümə yazıçı-dramaturq Hafiz Ataxanlının qələmə aldığı və Xalq artisti Firudin Məhərrəmovun quruluş verdiyi "Missiya" mistik qəhrəmanlıq dramı ilə start veriləcək. Əməkdar incəsənət xadimi Əli Əmirlinin müəllif olduğu və gənc rejissor Fuad Cavadzadənin quruluş verdiyi "Xeyir xəbər" əsəri də açılış günləri üçün nəzərdə tutulub. Sentyabrın sonunda teatrın baş rejissoru Firudin Məhərrəmovun 65 illiyinə həsr olunmuş yubiley kompozisiyasına da hazırlıq gedir. Ömrünün 40 ilindən çoxunu Sumqayıt teatrına həsr etmiş Firudin Məhərrəmovun yubiley gecəsi sentyabrın 30-da gerçəkləşəcək. Georgi Xuqayevin "Varlı ev" psixoloji dramı isə dövlət sifarişi ilə hazırlanıb. Artıq son məşqlər gedir, dekorasiyalar qurulur. F.Məhərrəmovun quruluş verdiyi bu tamaşa oktyabrın 5-ə qədər təhvil veriləcək.
Qərbi Azərbaycan İcmasının sifarişi ilə hazırlanan, müəllifi yazıçı-dramaturq Hidayət Orucov olan, quruluşu F.Məhərrəmova məxsus "İrəvanda nəyim qaldı" tamaşası qədim yurd yerlərimiz haqqında həqiqətləri, tarixi gerçəkliyi anladır. İctimai-siyasi, tarixi-ideoloji yüklü tamaşanın premyerası oktyabrın sonunda keçiriləcək.
Türk dünyasının ünlü yazıçısı Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş" povesti də Firudin Məhərrənov tərəfindən səhnələşdirilərək quruluş verilib. İlin sonu üçün təhvil verilməsi nəzərdə tutulub.
Bu il Sumqayıtın şəhər statusu almasının 75 ili tamam olur. Noyabrda keçiriləcək möhtəşəm ümumşəhər tədbirində teatr kollektivi də iştirak edəcək. Artıq birgə layihənin ssenari planı hazırlanır.
Şarl Perronun "Sehrin gücü" məcəra-tamaşası hazırlıq prosesindədir. Premyerası oktyabrın ikinci yarısında baş tutacaq. Rejissor Fuad Kazımov yeni layihə üzərində işləyir. Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş monotamaşanın məşqlərinə yaxın günlərdə start veriləcək
Həmçinin, plandan kənar işlər də var. Bu mövsümdə yaradıcılıq mübadiləsi prosesinə töhfə verməkdən ötrü bir neçə gənc rejissor Sumqayıt teatrında yaradıcılıq ezamiyyətində olacaq.

3-09-2024, 18:02 130

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041