Sumqayıtda 10 min manatlıq dələduzluq edilib.
Sumqayit.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sentyabrın 16-da şəhər sakini olan bir nəfərin 10.000 manat dəyərində tütün məmulatını dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən 37 yaşlı Z.Əfəndiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.