Sumqayıtda 34 yaşlı kişi əvvəlcə arvadını boğmaq istədi, sonra isə... — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Ruslan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Lətifəyə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv
-in məlumata görə, hadisə Sumqayıt şəhəri, 12-ci məhəllədə evlərdən birində baş verib. Ruslan arvadı Lətifə ilə münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Ruslanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ruslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər yol qəzası keçirdiyi üçün başından xəsarət alıb və buna görə tez əsəbləşir: “Zərərçəkmiş Lətifə ilə 2022-ci ildə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan övladımız yoxdur. Son zamanlar Lətifə mənə qarşı həddən artıq qısqanclıq göstərdi, tez-tez məni başqa qadınlarla münasibət qurmaqda günahlandırdı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü saat təxminən 20:00-da birgə yaşadıqları evdə Lətifə ilə aralarında yenidən mübahisə yaranıb: “Bu zaman əsəbləşdiyim üçün həyat yoldaşım Lətifənin bir neçə yumruq zərbəsi vurdu. Əsəbləşən vaxtı özümü idarə etməkdə çətinlik çəkirəm. Hazırda Lətifə ayrı yaşayır”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, son zamanlar Ruslan ilə aramızda tez-tez mübahisələrimiz yarandı. Ruslan mənimlə tez-tez heç bir səbəb olmadan mübahisələr etdi və evdə münaqişələr yaratdı. Ruslan çox əsəbi olduğu üçün müalicə almağı məsləhət gördüm. Bu səbəbdən Ruslan bir neçə zərbə vuraraq mənə xəsarət yetirdi. Tozsoranın şünurunu boğazıma sarıdı, sonra boğulduğumu gördü. Mənə su gətirdi. Sonra pəncərəni açaraq istəyirsən özünü at buradan dedi. Əvvəllər də Ruslan məni döydü. Lakin mən heç bir yerə şikayət etmədim. Artıq ayrılmışıq. Mən anamın evində yaşayıram. Cinayət əməlinə görə onu bağışlayıram. Onun tutulmasını istəmirəm. Lakin məndən uzaq durmasını, məni narahat etməməsini istəyirəm”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ruslan 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhərindəki mənzili tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Hökmdə qeyd olunub ki, eyni zamanda Lətifənin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması, Lətifəyə narahatçılıq gətirən digər hərəkətlərin edilməsi, o cümlədən məhkəmə və hüquq mühafizə orqanlarının çağırışlarında iştirak etmək istisna olmaqla Lətifəyə, həmçinin onun yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq, Lətifə ilə hər hansı formada, o cümlədən rabitə vasitəsi ilə əlaqə saxlamaq və ünsiyyətə girmək Ruslana qadağan edilib. 

Zərərçəkmiş şəxsə izah edilib ki, təqsirləndirilən şəxsin üzərinə əlavə vəzifə olaraq onunla hər hansı qaydada ünsiyyət qurmaq qadağası özünün əri ilə görüş hüququnu pozmur, istəyi olduğu təqdirdə hökmün icrasına nəzarət edən orqanı yazılı və ya şifahi məlumatlandırmaqla əri ilə hər zaman ünsiyyət yarada bilər.

Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilib. //Demokrat.az

18-10-2024, 17:32 94

Digər xəbərlər

Sumqayıt–Quba marşrutu üzrə yeni daşıyıcı müəyyən edilib

677.2 balla Tibb Universitetinə qəbul olan Davıdov Uğur – Məktəbimizin fəxri - FOTO

Sabah "Sumqayıt" – "Şamaxı"nı qəbul edəcək

Bu gün Sumqayıtın 600 abonenti qazsız qalacaq

SDU yeni tədris ilinə rektor əvəzi ilə başlayır

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın xarici siyasətində balanslı və çoxşaxəli yanaşmanı nümayiş etdirir

Xalqına sədaqətlə xidmət edən ailə - FOTO

Sumqayıtda çörək sexində yanğın söndürüldü - Foto

Sumqayıtda velosiped idmanına dəstək layihəsi

Sumqayıt teatrında iz qoymuş sənətkarın doğum günüdür

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

1 2 3 4 5 6 7 8 9 10 ... 962
Dünən, 17:55
Dünən, 13:11
Dünən, 12:59
Dünən, 12:33
Dünən, 10:24
27-08-2025, 17:12
27-08-2025, 16:29
27-08-2025, 16:08
27-08-2025, 14:50
27-08-2025, 14:42
27-08-2025, 13:43
27-08-2025, 13:22
27-08-2025, 12:02
26-08-2025, 14:43
26-08-2025, 13:28
26-08-2025, 13:20
26-08-2025, 11:38
26-08-2025, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
1 2 3 4 5 6 7 8 9 10 ... 962