Sumqayıtda kişi borc üstündə qohumuna xəsarət yetirdi — TƏFƏRRÜAT


Sumqayıt şəhərində 1981-ci il təvəllüdlü İsa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qohumu Kərimə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Sumqayit.tv xəbər verir ki, hadisə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketinin qarşısında baş verib. İsa Kərəm ilə arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı ona xəsarətlər yetirib. 

Hadisəni törədən İsanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İsa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 15 ilə yaxındır Kərəmi tanıyır, onunla qohumluq əlaqəsi var: “Kərəm məndən 80 manat pul borc aldı. Borcumu qaytarmadığına görə hadisə günü, saat təxminən 22:00-da Kərəmi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən gördüm. Mənimlə söhbət etməyə başladım və aramızda mübahisə yarandı. Yüksək səslə danışdıq. Lakin mən Kərəmi vurmadım. Hazırda zərərçəkmiş şəxslə barışmışam”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Kərəmin sözlərinə görə, əvvəllər məhkumluq həyatı yaşayıb: “Uzun illərdir İsanı tanıyıram, həmçinin qohumluq əlaqələrim var. Hazırda bir evdə yaşayaraq işləyirlər. İsadan 80 manat pul borc aldım və qaytaracağımı bildirdim. Maddi imkanı olmadığı üçün İsadan aldığım borc pulu qaytara bilmədim”. 

Kərəm qeyd edib ki, hadisə günü, saat təxminən 20:00-da İsa Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən görüb: “İsa məndən pulu istədi. Mən də pulu qaytara bilmədiyimi dedim. Aramızda uca səslə mübahisə yarandı. İsa məni vurmayıb, onunla barışmışam”.

Zərərçəkmiş Kərəmin ibtidai istintaq zamanı verdiyi ifadəsi də məhkəmə araşdırması zamanı tədqiq olunub. O, həmin ifadəsində göstərib ki, 15 ilə yaxındır İsanı tanıyır, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləyiblər: “Təxminən 2 ay bundan əvvəl İsadan 80 manat pul borc aldım. Həmin şəxsə borcumu qaytaracağımı bildirdim. Maddi imkanımın olmadığı üçün İsadan aldığım 80 manat borc pulu qaytara bilmədim. Ona zəng edərək borcu ödəməyim üçün bir neçə gün vaxt istədim. Həmin gün saat təxminən 20:00-da İsa Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən gördüm. İsa məndən pulu istədi. Mən də maddi imkanımın pis olduğunu və bir neçə günə pulu qaytaracağımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı. İsa əli ilə üz nahiyyəmə bir neçə zərbə vurdu və həmin ərazini tərk edərək getdi”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən İsanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. //Demokrat.az

18-10-2024, 17:36 242

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041