Coratda ərini öldürən qadına hökm oxunub

Coratda ərini öldürən qadına hökm oxunub



Corat qəsbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Sumqayit.tv
xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Əfsanə Məmmədovanın Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Müdafiə tərəfi CM-nin 79-cu maddəsinin tətbiq edilməsini və Ə. Məmmədovanın övladının 14 yaşa çatana qədər cəzanın təxirə salınmasını xahiş edib.
Məhkəmə müşavirədən sonra Ə. Məmmədovanı CM-nin 122-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. Ağahüseyn İmanovun həyat yoldaşı, 34 yaşlı Əfsanə Məmmədova tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Ə. Məmmədova hadisədən sonra könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə dövründə Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində – fizioloji affekt vəziyyətində olub və öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.//apa

21-10-2024, 19:04 104

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041