İki nəfərin boğulduğu tunelıi kim tikib?


 
Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb. Bu bədbəxt hadisədən sonra tunelin tikintisi zamanı nöqsanlara yol verilib-verilməməsi müzakirələrə səbəb olub.
Asəf Əsədullayev küçəsində yerləşən tunelin tikintisinə 2019-cu ildə başlanılıb. Tunel “Azərbaycan Dəmir Yolları”nın sifarişi əsasında tikinti işləri aparan “Körpü Bina Tikinti”  MMC tərəfindən inşa olunub. Tunelin açılışı isə 2020-ci ilin martin 13-nə təsadüf edib. Açılış mərasimində qırmızı lenti isə “Azərbaycan Dəmir Yolları”nın ozamankı sədri Cavid Qurbanovun müavini Zaman Novruzov kəsib.

Qısa arayış olaraq bildirək ki, tunelin uzunluğu 388 metr, hündürlüyü 5,5 metr, eni isə 13,5 metrdir. Qapalı hissənin uzunluğu isə 68 metrə bərabərdir. 
4 il əvvəl açılış mərasimində verilən məlumata görə, yağış və qrunt sularının kənarlaşdırılması məqsədilə nasosxana tikilib. Bunun üçün 3 nasos, bundan əlavə də 100 kilovatlıq transformator və generator quraşdırılıb. Amma görünən və real mənzərə onu deməyə əsas verir ki, ötən gecəki hadisə zamanı nə üç nasos, nə 100 kilovatlıq transformator, nə də generator işə yarayıb.
2019-cu il, tunelin qazıntı işlərinə başlanılır
                          Xəlil Göyüşov 
Ümumiyyətlə, ötən müddət ərzində onların yararlılığı yoxlanılıbmı, o da tunel kimi sual altındadır.
O ki, qaldı “Körpü Bina Tikinti”yə, bu MMC-nin rəhbəri Xəlil Göyüşovdur. Sözügedən şirkət 2001-ci ildə təsis edilib və istər Bakıda, istərsə də bölgələrdə bir sıra milyonluq layihələrin icraçısı olub.
Bu layihələrə keçmiş Şəfa stadionunun qarşısındakı yeraltı keçidi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev adına hava limanı avtomobil yoluna keçidi, Suqovuşan su anbarının təmir və bərpasını, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunu, Sabunçu-Pirşağı-Sumqayıt dəmiryolu stansiyasının yenidən qurulmasını və s. misal çəkmək olar.
Maraqlıdır ki, Sabunçu rayonu ərazisində bu şirkətin daha öncə tikdiyi başqa bir tuneli də su basmış, o zaman da bir neçə avtomobil suyun altında qalaraq yararsız vəziyyətə düşmüşdü.
2019-cu ilin sentyabrında baş verən həmin hadisə zamanı nə dünənki kimi aramsız yağışlar yağmışdı, nə də başqa bir fəlakət baş vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da dediyi kimi, ola bilər tikinti zamanı nöqsanlara yol verilib. Təbii ki, bunun da araşdırılması aidiyyəti qurumların üzərindədir. 
// "Qafqazinfo"

23-10-2024, 00:45 318

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005