Sumqayıt şəhərinin 75 illiyinə həsr olunan tədbir keçirilib -FOTO


Sumqayıtın 75 illik yubileyi münasibətilə “Kimyaçı” Mədəniyyət Sarayında tədbir keçirilib.
Sumqayit.tv xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. İştirakçılar öncə Sumqayıtın 75 illik yubileyinə həsr olunan sərgiyə baxış keçirilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Vurğulanıb ki, 1949-cu ildə şəhər statusu alan Sumqayıt ötən dövr ərzində mühüm inkişaf yolu keçərək Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilib. Cənubi Qafqazın mühüm sənaye mərkəzlərindən biri kimi tanınan Sumqayıtın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlar nəticəsində Sumqayıt yeni bir dövrünü yaşayır. Dövlət başçısının apardığı iqtisadi və sosial siyasəti nəticəsində həyata keçirilən dövlət proqramlarının uğurla icrası Sumqayıt şəhərinin də inkişafında mühüm rol oynayıb.
Qeyd olunub ki, xüsusilə son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Sumqayıt şəhərində çox böyük layihələr reallaşdırılıb, şəhərin inkişafı ilə bağlı önəmli işlər görülüb.Bu layihələr arasında sənaye parklarının yaradılması, ətraf mühitin qorunması, şəhərin infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi, təhsil və sağlamlıq xidmətlərinin yaxşılaşdırılması kimi mühüm addımlar yer alır.
Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramında respublikanın tanınmış incəsənət ustalarının ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.















25-10-2024, 11:12 226

Digər xəbərlər

Azərbaycanda uşaqpulu verilə bilərmi? – İqtisadçıdan diqqətçəkən açıqlama

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 10:35
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
1 2 3 4 5 6 7 8 9 10 ... 1041