Sumqayıt şəhərində fəhlənin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Sumqayit.tv xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, hadisə "Azərsun" MMC-yə məxsus karton emalatxanasında qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Elşən Kamil oğlu Qasımov emalatxanada iş görən zaman "raskat" aparatının arasında qalaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.