
Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, saat 13:00-dan işlər başa çatana qədər Ceyranbatan qəsəbəsində yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlı “Ceyranbatan” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir-quraşdırma işləri aparılan zaman qəsəbədə qaz kəsiləcək.