Haqqıxlılar Sumqayıtda toplaşdılar


Karvansaray (İcevan) rayon Haqqıxlı kənd İcması Qərbi Azərbaycan İcması (QAİ) Sumqayıt Nümayəndəliyinin konfrans zalında iclas keçirib.  
 Sumqayit.tv-yə
verilən məlumata görə, toplantı Azərbaycanın müstəqilliyi uğurunda  canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
İclası giriş sözü ilə əslən Haqqıxlı kənd sakini olan Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov açıb.
Ramiz İsmayılov

O iclas iştirakçılarına QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamlarını çatdırıb. Sumqayıt nümayəndəliyində yaradılan şərait və görülən işlər barədə həmkəndlilərinə məlumat verən  R.İsmayılov əlavə edib ki, Haqqıxlı kənd İcması da ölkə başçısının qarşımızda qoyduğu məsələləri həyata keçirmək üçün fəallığını artırmalı və Qayıdış Konsepsiyasına uyğun  hədəf və məqsədlərə çatmaq istiqamətində ortaya mövqe qoymalıdır. Xüsusən də bu məsələdə gənclərin aktivliyi gözəçarpacaq dərəcədə olmalıdı ki, erməni yalanlarının ifşa olunmasına töhvə verə bilək.  
Sonra Haqqıxlı kənd icmasının sədri İbad Mehdiyevçıxış edib. 
İbad Mehdiyev
Haqqıxlı xatirələrindən danışan İ. Mehdiyev gənclərin bir-birini tanımasının vacibliyindən vurğulayıb. “Əgər, dövlətimizin və icmamızın bizə veridyi tapşırıqlar istiqamətində addımlar atıb, həmrəylik nümayiş etdirə bilsək, əminəm ki, bu birliyin nəticəsi olaraq Haqqıxlıya qayıtmaq imkanlarımız reallığa çevirləcək.”-deyə, İbad Mehdiyev bildirib.  Çıxışının sonunda İ.Mehdiyev Haqqıxlı kənd İcması Qadınlar Şuarsının yeni sədri  Ayişə Nəbiyevanı iclas iştirakçılarına təqdim edib.
Öz növbəsində yeni təyin olunan sədr Ayişə Nəbiyevagöstərilən etimada görə haqqıxlılara təşəkkürünü bildirərək və əlavə edib ki, üzərinə düşən işin öhtəsindən layiqincə gəlməyə çalışacaq.
Ayişə Nəbiyeva
Eyni zamanda A. Nəbiyeva ümumi işin irəli aparılması üçün  həmkəndlilərindən və kənd icmasının məsul şəxslərindən dəstək gözlədiyini dilə gətirib. 
Haqqıxlı Axsaqqallar Şuarsının sədr müavini Əlifxan Məmmədovİcmanın yaranmasının önəmindən və bu istiqamətdə fəaliyyətin gücləndirilməsindən danışaraq gənclərin roluna vurğu edib.
Əlifxan Məmmədov

Haqqıxlı kənd sakini, elmlər namizədi, əməkdar müəllim Saməddin İbrahimov tədbirin təşkilatçılarına və şəarait yaradanlara təşəkkürünü bildirib.
 Saməddin İbrahimov
O Qərbi Azərbaycan İcmasının beynəlxalq arenadakı roluna toxunaraq, müsbət istiqamətdə böyük irəlləyişlərin olduğunu qeyd edib. Bundan başqa S. İbrahimov “2000-ci ildən bu günə qədər Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə təkcə Haqqıxlı kəndindən 30-a yaxın insana ordenlər və medal verilib. Bu göstəricin özü bir daha bizim kəndin insanların nə qədər böyük potensiala malik olduğunu göstərən faktdır.”-deyib.
Sonra Haqqıxlı kənd İcmasının üzvü dosent, Odlar Yurdu Universitetinin rejim üzrə prorektoru Füzuli Həsənovİcmanın prinsiplərindən danışıb.  “Bu günlərə Qərbi Azərbaycan İcması ikinci Beynəlxalq Konfrans keçirdi.
Füzuli Həsənov
Belə konfransların təşkili olunması bizim ata-baba yurdumuza qayıtmaq həvəsimizi artırır. Lakin, bu heç də o demək deyil ki, biz ayağımızı, ayağımızın üstünə qoyub oturmalıyıq. Əksinə, Qayıdış Konsepsiyasında öz işimizi bilməli və bu istiqamətdə birləşərək hamılıqla ümumi prosesə təkan verməliyik” – deyə, F.Həsənov sözlərini bitirib. 
Daha sonra Haqqıxlı kənd İcmasının üzvü, texnika elmləri üzrə fəlsəfə doktoru Camal İsmayılov da  İcmanın təsirli addımlar atması üçün əlaqələrin qurulmasını və mariflədirici xarakterli təbliğatın aparılmasını xüsusi vurğulayıb.
Camal İsmayılov

Sonda Haqqıxlı kənd İcmasının sədri İ.Mehdiyev  QAİ tərəfindən hazırlanan “Qərbi Azərbaycan Şəhdiləri” adlı kitabı sözügedən kənddən olan şəhidlərin ailə üzvlərinə verərək, yeni üzvlərə Qərbi Azərbaycan İcmasının vəsiqə və döş nişanlarını təqdim edib.  



























9-12-2024, 18:52 1 266

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041