Sumqayıtda bələdiyyə seçkilərində ən şanslı namizədlər kimdir? (TƏHLİL)


Xəbər verdiyimiz kimi, 29 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçiriləcək. Təbii olaraq seçkilər hazırda ölkənin əsas gündəm mövzusudur. Bu mübarizədə iştirak edəcək namizədlər arasında hakim siyasi partiyanın üzvlərindən olanlar üstünlük təşkil edir. Seçkidə həmçinin digər partiya üzvləri və müstəqil şəxslər də namizədliyini irəli sürüb.  
Təsadüfi deyil ki, bələdiyyə seçkilərinin budəfəki mərhələsində Sumqayıt üzrə yeni simalara da rast gəldik. Belə görünür ki, hər yeni seçki Sumqayıta yeni adlar bəxş edir. Namizədlər Milli Məclisə deputat seçkilərində olduğu kimi, fəal, "hər seçici ilə görüş” taktikasına üstünlük verməsələr də, müəyyən görüşlər keçiriblər. Xüsusən YAP namizədlərinin fəallığı sezilib. Sumqayıtın qəsəbələri istisna, şəhərin özündən ümumilikdə 53 namizəd qüvvəsini sınayır. Qəsəbələrlə birlikdə Sumqayıt şəhərindən cəmi 19 bələdiyyənin seçilməsi mümkündür. 
Namizədlər arasında hazırda Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsini icra edən Orxan Adıgözəlzadə, Sumqayıt Bələdiyyəsinin sədr müavini Nərmin Mehdiyeva, yerli büdcə məsələləri üzrə daimi komissiyanın sədri Akif Kərimov da var. Hazırkı bələdiyyə rəhbərliyində təmsil olunan şəxslər son zamanlar Sumqayıtda bir sıra məhəllədaxili yollara asfalt çəkilməsi, park və səkilərin abadlaşdırılması və digər sosial-kommunal  işlərdə diqqət çəkmişlər. Bununla yanaşı, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergisi, bələdiyyə mülkiyyətinin icarəsindən daxil olan torpaq icarə haqları və bələdiyyə mülkiyyətində olan torpaqların özəlləşdirilməsindən əldə olunan gəlirlər hesabına Sumqayıt Bələdiyyəsi ölkəmizdə büdcəsinə görə ilk sıralara yüksəlmişdir. Əlbəttə, bələdiyyə idarəçiliyində təcrübə, səriştə və peşəkarlıq xüsusi rol oynayır və sadalanan faktorlar bu şəxslərin seçilmə imkanlarını artırır.

Bundan əlavə, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin İdarə Heyətinin üzvü, iş adamı Akif Şahbazovun da şansları yüksək qiymətləndirilir. O da şəhər sakinləri arasında müəyyən nüfuza malik şəxsdir. Adları çəkilən bu şəxslərin hər birinin namizədliyi YAP tərəfindən irəli sürülüb. Aparılan təbliğat işləri və şəhər sakinlərinin fikirlərinə əsasən deyə bilərik ki, həmin şəxslər ən şanslı namizədlər hesab edilir. Onların nəzərəçarpacaq fərqlə rəqiblərini geridə qoyacağı gözlənilir. Xüsusilə sakinlərin müxtəlif zümrələri ilə gündəlik görüşlər onların seçilmə şansını birə beş artırıb.
Bundan əlavə digər partiyalardan – KXCP, Ağ Partiya, MÜSAVAT, ÜMİD, VP, DİP, MCP, AVP, MDHP, ƏHD kimi partiyaların namizədlərinə də rast gəlmək olar. 
Sumqayıtdan seçki mübarizəsinə qoşulanlar arasında gənclər də üstünlük təşkil edir. Namizədliyini öz təşəbbüsü ilə irəli sürənlər də az deyil.

Sumqayıtlıları maraqlandıran daha bir məqam isə məhz kimin sədr seçiləcəyidir. Bu mənada Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Adil Xudadatovun gizlin favorit olduğunu deyənlər də var. Sədr olaraq, əsasən, O.Adıgözəlzadənin şanslarının yüksək qiymətləndirildiyi bu mübarizədə baş memarın da asan təslim olmayacağını söyləyirlər.

Qeyd edə ki, artıq proses son mərhələdədir. Bələdiyyə üzvü olmaq istəyən namizədlər seçkiqabağı təşviqat kampaniyası aparırlar. Seçki Məcəlləsinin tələblərinə əsasən, təşviqat seçkiyə 23 gün qalmış başlanır və səsverməyə 24 saat qalmış dayandırılır. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına görə, proses yanvarın 28-i saat 08:00-da dayandırılacaq. 
Sonda deyə bilərik ki, seçkilərdə Sumqayıtı seçən namizədlərdən kimin şansının çox olacağını nəticələr göstərəcək.
//Xeberle.com

27-01-2025, 20:02 467

Digər xəbərlər

Sumqayıtda şirniyyat sexləri müzakirə mövzusunda: sosial şəbəkə rəyləri nə deyir?

Sumqayıt gimnaziyasında baş verən hadisə məhkəməyə daşındı

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi - Fotolar

Sumqayıtda yeni tullantı sutəmizləyici qurğu tikiləcək

Prezident: Dövlət Proqramı çərçivtın su təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaqəsində Sumqayı

Sumqayıtda ölümlə nəticələnən yol qəzası

Sumqayıtda yerləşən regional filiala yeni müdir təyin olunub

Sumqayıtda kadr dəyişikliyi rəsmiləşdi – rəsmi açıqlama

Həftənin ilk günü Bakı-Sumqayıt şosesində sıxlıq

Sumqayıt–Abşeron regionunda yaşıl enerji siyasətinin yeni mərhələsi

Sumqayıtda dəm qazı təhlükəsi ilə bağlı qurumlar birgə hərəkətə keçdi - FOTO

Bakıdan ən ucuz aviabiletləri necə alaq? - Düzgün səyahət planlamasının sirləri (ARAŞDIRMA)

Sumqayıt dini icmaları da Prezident İlham Əliyevə təşəkkür məktubuna qoşulub

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib

Bərpaolunan enerji və milli enerji təhlükəsizliyi

Sumqayıtda iki yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib?! – Rəsmi açıqlama gözlənilir

Sumqayıtda “dəvə qutabı” REYDİ: nələr üzə çıxdı? – VİDEO

“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

Sumqayıt üzrə yanvar ayının pensiyaları bu tarixdə ödəniləcək

Sumqayıtda zavodda partlayış baş verib, fəhlə xəsarət alıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1005
Dünən, 20:20
Dünən, 18:15
Dünən, 17:02
Dünən, 16:56
Dünən, 16:42
Dünən, 16:31
Dünən, 14:48
Dünən, 12:43
Dünən, 08:29
10-01-2026, 19:43
10-01-2026, 00:38
10-01-2026, 00:24
10-01-2026, 00:19
9-01-2026, 23:06
9-01-2026, 15:15
9-01-2026, 14:48
9-01-2026, 13:47
9-01-2026, 10:52
9-01-2026, 10:45
9-01-2026, 10:33
8-01-2026, 23:57
8-01-2026, 17:59
8-01-2026, 17:48
8-01-2026, 13:35
8-01-2026, 12:49
8-01-2026, 12:48
8-01-2026, 12:02
8-01-2026, 10:06
7-01-2026, 17:43
7-01-2026, 12:21
7-01-2026, 12:19
6-01-2026, 18:19
6-01-2026, 18:02
6-01-2026, 14:53
6-01-2026, 14:34
6-01-2026, 14:31
6-01-2026, 13:59
6-01-2026, 13:00
6-01-2026, 12:58
6-01-2026, 12:45
1 2 3 4 5 6 7 8 9 10 ... 1005