Sumqayıtdan Hava limanına metro çəkiləcək?- Ekspert


Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına əsasən Bakı metrosunun inkişafı çərçivəsində gələcəkdə 51 yeni stansiyanın inşası və əlavə 84,3 km metro xəttinin çəkilməsi planlaşdırılır.

Maraqlıdır, hansı ərazilərə metro çəkilə bilər?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert  Elməddin Muradlı bildirib ki, metrostansiyalar ilə bağlı artıq təxmini cədvəl məlumdur və bu qrafikə uyğun olaraq 10 stansiya bu 5 il ərzində tikiləcək:

“Növbəti 10 il ərzində də əlavə 20-dən çox stansiyanın tikiləcəyi nəzərdə tutulub. Ümumiyyətlə, bu 51 stansiya məsələsi isə metronun strategiyasında nəzərdə tutulan məsələdir. Burada söhbət Bakının Baş planından gedir. Amma metronun özünün strateji planında bu məsələyə fərqli yanaşılır. Çünki metro uzunmüddətli strategiya hədəfləyib. Buna görə də bu məsələyə onların aspektindən yanaşanda fərqli bir mənzərə çıxır ortalığa. Mənim fikrimcə, əslində metronun strategiyasını dəstəkləmək bizə daha çox fayda verə bilər”. 

Ekspert qeyd edib ki, bu strategiyanın baş tutması üçün mütləq  dövlətin dəstəyi lazımdır:

“Metropoliten nə qədər yaxşı, maraqlı proqramlar fikirləşsə dəpul olmasa onların heç birini icra etmək mümkün deyil. İndiki halda “Avtovağzal” stansiyasını “28 May” la birləşdirmək nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə Xırdalan istiqamətində metro xəttinin olmasını arzulayırıq. Artıq bu bir zərurətə çevrilib. Bunu səmimi şəkildə desək, daha düzgün olar. Sumqayıt, Bayıl, Lökbatan, Qaradağ rayonu istiqamətindən danışa bilərik. Bu da çox vacib, zəruri bir məsələdir. Nədənsə, bir çox hallarda həmin ərazilər strateji planda unudulur. Amma unudulmamalıdır, çünki həmin ərazilərdə artıq kütləvi yaşayış çox sürətlə artmaqdadır. Bu artım tempi varsa, niyə də orada nəqliyyat infrastrukturu arzu olunan səviyyədə olmasın? Bu məsələlərə hesab edirəm ki, diqqət yetirmək lazımdır və ümumilikdə bunlara diqqət artdıqca, həll yolları da daha möhkəm olacaq”.

 Ekspert onu da vurğulayıb ki, Zığ qəsəbəsi, Əhmədli, Suraxanı, Xəzər rayonu, hətta hava limanına metronun çəkilməsi planlanır:

“Bu, mütləq olmalıdır. Çünki hava limanına taksi və yaxud da şəxsi avtomobillə çətinliklə getmək olur. Bu yaxınlarda “Aero Ekspress” avtobuslar xəttdə buraxıldı. Bu da təqdirə layiq  addım idi. Ancaq ümumilikdə metronun da olması ideyası var. Əslində, bir çox ölkələrdə də bu təşəbbüs olub, dəstəklənib və həyata keçirilib. Azərbaycanda metro şəbəkəsinin  inkişafı müstəqillik illərində İlham Əliyevin prezidentliyi dövrünə düşür. Məhz onun tapşırığı ilə yeni stansiyaların tikintisi, istismara verilməsi, təmiri kimi işlər həyata keçirilib. Azərbaycanda ictimai nəqliyyatın inkişafı üçün bu kimi addımların atılması çox faydalı olacaq”.

//Demokrat.az

3-02-2025, 18:24 231

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060