Sumqayıtdan çıxan 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib


Saray qəsəbəsini Sumqayıtla birləşdirən körpü təmirə bağlanandan sonra nəqliyyatın hərəkəti çətinləşib. Redaksiyamıza müraciət edən vətəndaşların sözlərinə görə, ərazidə yeganə ictimai nəqliyyat olan 508 nömrəli marşrut avtobusları ləng işləyir.
Sumqayit.tv-in məlumatına görə, Oxu.Az-a danışan sakinlər qeyd edirlər ki, 508 nömrəli marşrut avtobusları 10-15 dəqiqə intervalla hərəkət etməlidir, lakin sürücülər qəsdən vaxtı gecikdirirlər:"Soruşanda deyirlər ki, bizə monitorda bildiriş gəlir, sonra hərəkət edirik. Sürücülər özbaşınalıq edirlər. Mənzil başına isə çox gec çatırlar. "20 Yanvar"dan qayıdanda da gec hərəkət edirlər. Hətta orada dayanan taksilərin konduktorları ilə əlbir olurlar. İntervalı qəsdən gecikdirirlər ki, "manatlıq"lar adam yığa bilsin. Sözügedən taksilər yolun ortasında dayanırlar, hərəkəti tamam məhdudlaşdırırlar".Məsələ ilə bağlı məlumat almaq üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətinə sorğu ünvanladıq:
Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirən körpünün söküntüsü və təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən 16/19, 17, 18, 27, 503, 521, 522 və 523 nömrəli - ümumilikdə 8 avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilib:"Ötən il dekabrın 18-də ictimaiyyətə dəyişikliklərlə bağlı məlumat verilib. Vətəndaşların həm Sumqayıtdan, həm paytaxt Bakıdan, həm də ətraf ərazilərdən Saray qəsəbəsinə gəlişi təmin edilib.Dekabrın 29-dan isə vətəndaşların müraciəti və istəyi nəzərə alınaraq paytaxtın "20 Yanvar" metro stansiyasından Saray qəsəbəsinə 508 nömrəli yeni marşrut istifadəyə verilib. Marşrut xətt üzrə gündəlik 15 avtobus 10 dəqiqə, günün səhər və axşam pik saatlarında isə 8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Avtobuslar təyin olunmuş qrafik üzrə hərəkət edir. Nəqliyyat vasitələrinin başlanğıc və son dayanacaq məntəqələrindən çıxışında hər hansı bir yubanma qeydə alınmayıb. Qeyd edək ki, paytaxtın çıxışında müşahidə edilən nəqliyyat sıxlığı avtobusların hərəkət intervalının artması ilə nəticələnə bilir.Qaldırılan iddialarla bağlı isə araşdırma aparılıb. Qeyd olunan hal təsdiqini tapmayıb".

19-02-2025, 10:00 1 536

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041