Sumqayıtda “Soy kökümüzdə Novruz - Qərbi Azərbaycan Ənənələri” adlı tədbir keçirilib-FOTO

  

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı və Qərbi Azərbaycan İcması Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Soy kökümüzdə Novruz - Qərbi Azərbaycan Ənənələri” adlı tədbir keçirilib.
Sumqayit.tv xəbər verir ki, tədbir YAP Sumqayıt şəhər təşkilatının konfrans zalında baş tutub.
Tədbiri giriş sözü ilə YAP Sumqayıt təşkilatının sədr müavini Cavid Məmiyev açıb. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. C.Məmiyev Azərbaycan dövlətinin uğurlarından danışaraq, hər kəsi Qərbi Azərbaycana qayıdış prosesində fəal iştirak etməyə çağırıb. O, Novruzun əhəmiyyətini vurğulayaraq, bu ənənələrin gələcəkdə Qərbi Azərbaycanda da davam etdiriləcəyinə əminliyini vurğulayıb.

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov çıxış edərək tədbir iştirakçılarını salamlayıb və onları Novruz bayramı münasibətilə təbrik edib. O, Novruzun türk xalqlarına məxsus qədim bayramlardan biri olduğunu vurğulayaraq, onun şumer dövründən günümüzə qədər gəlib çıxdığını və hazırda dünyanın 22 ölkəsində qeyd edildiyini bildirib. Novruzun əsas atributları haqqında danışan R. İsmayılov bu bayramın xalqımızın milli kimliyinin bir hissəsi olduğunu və adət-ənənələrimizin qorunub saxlanmasının vacibliyini qeyd edib.

Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər üzrə şöbə müdiri Fərman Kazımov çıxış edərək, tədbir iştirakçılarını təbrik edib və Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun salamlarını çatdırıb. O, Novruzun milli-mənəvi dəyərlərlə sıx bağlı olduğunu vurğulayaraq, bu bayramın artıq işğaldan azad olunmuş ərazilərdə də qeyd edilməsinin sevindirici hal olduğunu bildirib. F. Kazımov çıxışında Qarabağ məsələsinin uğurla həll edilməsindən sonra növbəti hədəfin Qərbi Azərbaycan olduğunu xüsusi vurğulayıb.

Tədbirdə QAİ Ziyalılar Şurasının üzvü, professor Aftandil Məmmədov da çıxış edərək, Novruz bayramına həsr olunmuş bayatılar səsləndirib və gələcəkdə bu bayatıların Qərbi Azərbaycan torpaqlarında səslənməsini arzulayıb.
Əslən Qərbi Azərbaycandan olan gənc tələbə Nəzrin Alıyeva qərbi azərbaycanlıların Novruz bayramını qeyd etmə ənənələri haqqında fikirlərini iştirakçılara çatdırıb.
Daha sonra QAİ Sumqayıt nümayəndəliyi İdarə Heyətinin və Sumqayıt Bələdiyyəsinin üzvü Akif Şahbazov Qərbi Azərbaycanın zəngin folklor irsinə malik olduğunu vurğulayaraq, burada Novruz bayramına aid müxtəlif sınama və inancların qorunub saxlanıldığını bildirib.
Tədbirdə çıxış edən QAİ Ağsaqqallar Şurasının üzvü Hüseyn Babayev isə Novruzun tarixi kökləri və mənəvi dəyəri barədə məlumat verib

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


17-03-2025, 16:13 399

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060