Bakı-Sumqayıt qatarının sərnişinlərinin NƏZƏRİNƏ – Sabahdan qrafik dəyişir

Sabahdan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarlar yeni qrafiklə hərəkət edəcəklər.

Sumqayit.tv bu barədə ADY-nin yaydığı məlumata istinadən xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılıb və xüsusən günorta saatlarında qatarlararası interval azaldılıb. Həmçinin sürət qatarlarının iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib. Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub.

İş günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılıb. O cümlədən sərnişinlərin çox sayda müraciəti nəzərə alınaraq Bakı-Xırdalan-Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunub (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu isə işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.


Eyni zamanda, Bakı-Xırdalan-Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılıb. Belə ki, bu vaxtadək saat 7:20-dan Sumqayıtdan çıxan qatar Bakıya 8:01-də çatırdı. Yeni qrafiklə saat 6:15-də çıxan qatar Bakıya 6:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLİRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaratmış olacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.

Şənbə günlərində Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılıb.

Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılıb.

Bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.

 

 

 

 

 

 

 

 


31-03-2025, 12:46 334
Bu gün, 20:21
Bu gün, 16:36
Bu gün, 15:48
Bu gün, 15:20
Bu gün, 14:34
Bu gün, 13:44
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086