Sumqayıt Bakı ekspress qatarı “PAZ” avtobusuna çevrilir? - FOTOLAR

 
Bu gün Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən Ekspress qatarında böyük sıxlıq yaranıb. Sərnişinlər ayaq üstə qalıb və böyük narahatlıq keçirib. Amma Sumqayıt stansiyasından qatara minəndə dispetçerlər bildirirdi ki “...buyurun, qarşı vaqonda boş yerlər var..." Təsəvvür edin ki, əslində isə boş yerlər dedikləri ayaqüstü yerlər imiş. Bu sıxlıq Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatıb.

Məlum olub ki, qatarın vaqonlarının sayı xeyli azaldılıb - vaqon sayı da 11-dən 7-yə endirilib. Özü də məhz həftənin əvvəli, bazar ertəsi. İndi də rayonlara gedənlərə görəmi?!

Maraqlıdır ki, buna qədər Express qatarının vaqon sayındakı qeyri-stabillik əsasən cümə günləri və bayramlar öncəsi olurdu. Daha əvvəl Sumqayıt sakinlərinə qarşı bu haqsızlığa rayonlara səfər edənlərin say çoxluğu, yüksək tələbatla haqq qazandırırdılar.
Bəs bu gün - həftənin əvvəli nə baş verdi?

Ümumiyyətlə, nə üçün istədikləri vaxt vaqon sayını azaldıb bölgələrə hərəkət edən qatarlara qoşmalıdırlar?! Məgər Sumqayıtdan Bakıya hərəkət edənlər pulunu ödəyib rahatlıq istəyən sərnişinlər deyil?!

Və nə üçün öncədən birdəfəlik elan edilmir ki, məsələn, ekspress qatarında vaqonlar azalacaq, daha 7 vaqon olacaq, agah olun! Sərnişinlər bunu əvvəldən bilib ya Pirşağı qatarına minmək üçün yeraltı keçid istiqamətində hərəkət etsinlər, yaxud vağzala gəlmə zamanlarını digər reyslərə uyğun planlasınlar.

Problemlər bununla bitmir. Daha betəri isə budur ki, Sumqayıtdan Xırdalan yolu ilə Bakı istiqamətində sürət qatarlarında vaxtilə 07:25, 07:35, 07:45, 08:00 kimi daha praktik reyslər olsa da, hazırda onların hər biri tarixin yaddaşına qovuşub. Saat 07:20-dən 08:12-dək olan intervala 2 dənə köhnə tipli vaqonları azaldılmış və hər stansiyada dayanması səbəbindən böyük sıxlıq olan köhnə tipli Express qatarları fəaliyyət göstərir. Əvvəllər təhlükəsizlik baxımından platforma ilə qatarın ensiz olması səbəbindən arada boşluq olduğu üçün pandus da qoyurdular. Daha bunu da yığışdırdılar. Və artıq bu "expresslər" sıxlığına və narahatlığına görə 90-cı illərdə Sumqayıt-Bakı yolu işləyən “PAZ” avtobuslarını xatırladır. Görəsən, biz keçmişə qayıdırıq, ya inkişaf etmək istəyirik? Bəlkə bu qərarı verənlər nostalji yaşamaq istəyir?

Axı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı var. Bu sərəncamdan irəli gələn böyük işlər və məsuliyyətli fəaliyyətlər gözlənilir. Amma beləmi?!...
Qazancınızı, rentabelli çalışmaq istəklərinizi normal qarşılayırıq, amma insanların rahatlığını da düşünün, cənablar!
Edilən müraciət əsasında qarşı tərəfin də mövqeyi işıqlandırılacaq.
Elnur Ağayev
Xeberle.com

 

 

7-04-2025, 20:42 289

Digər xəbərlər

Virus mövsümü və imtahanlar: Sumqayıt Dövlət Universitetində tələbələr üçün hansı imkanlar var?- SORĞU

Sumqayıtda park ərazisində şübhəli işlər aparılır? - Sakinlər narahatdır

Sumqayıtlı aktrisa 12 illik fasilədən sonra səhnəyə qayıdıb – ÖZƏL

Sumqayıtda qanunsuz küçə ticarətinə selektiv, ya vahid yanaşma? (PROBLEM)

Əsgər ölümü ilə bağlı Sumqayıt Hərbi Prokurorluğunda aparılan istintaq yekunlaşıb

Kənar təzyiqlərsiz qərar verən dövlət modeli

Prezidentdən Sumqayıtla bağlı mühüm mesaj

Bu tarixdən məktəblərdə 5 gün dərs olmayacaq

Sumqayıtın bu ərazisində 1200 abonentin qazı kəsiləcək

İlham Əliyevin müsahibəsi dövlət-vətəndaş dialoqunun aydın nümunəsidir

"Sumqayıtda Generalın Tələsi: Vaqif Axundovu Xilas edən Polkovnikin Şok Açıqlamaları"

Sumqayıtda ictimai nəqliyyat və yollar üçün böyük vəsait ayrılır – 155 milyonluq subsidiya paketi

Yeni Saray qəsəbəsində ekoloji təhlükə: ərazi nəzarətsiz zibilliyə çevrilir - ŞİKAYƏT

Sumqayıtda 11 köşk söküldü: küçə ticarətinin qarşısı alındı

Maduro presedenti və qaydasız dünya nizamı: qlobal sistem hara gedir? - VİDEO

Sumqayıtda vərəqə şüşə istehsal edən ilk zavoddan FOTOREPORTAJ

"Sumqayıt" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanıb

Dəm qazı səbəbilə Sumqayıtda bir ailənin üç üzvü zəhərlənib

Prezident və xanımından keçmiş prezidentə başsağlığı

Parlamentin içindən: Deputatlar nədən məmnun deyil? – Eksklüziv sorğu

1 2 3 4 5 6 7 8 9 10 ... 1004
Dünən, 18:19
Dünən, 18:02
Dünən, 14:53
Dünən, 14:34
Dünən, 14:31
Dünən, 13:59
Dünən, 13:00
Dünən, 12:58
Dünən, 12:45
Dünən, 12:42
5-01-2026, 23:24
5-01-2026, 23:21
5-01-2026, 21:31
5-01-2026, 14:55
4-01-2026, 09:39
3-01-2026, 17:27
3-01-2026, 17:23
3-01-2026, 14:59
2-01-2026, 19:17
2-01-2026, 16:34
2-01-2026, 15:13
2-01-2026, 13:12
2-01-2026, 09:20
1-01-2026, 18:38
1-01-2026, 17:59
1-01-2026, 17:51
1-01-2026, 00:29
1-01-2026, 00:22
31-12-2025, 22:01
31-12-2025, 17:45
31-12-2025, 16:16
31-12-2025, 11:41
30-12-2025, 20:14
30-12-2025, 16:43
30-12-2025, 16:28
30-12-2025, 16:22
30-12-2025, 16:16
30-12-2025, 16:10
30-12-2025, 16:01
30-12-2025, 15:54
1 2 3 4 5 6 7 8 9 10 ... 1004