Sumqayıtdan Qərbi Azərbaycana umid körpüsü


Aprelin 9-da Sumqayıt Dövlət Universitetində (SDU) "Sumqayıtlı gənc elçilər: Qərbi Azərbaycana qayıdış" mövzusunda konfrans baş tutub.
Sumqayit.tv xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və üzvləri, Milli Məclisin deputatları, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Konfrans öncəsi iştirakçılar universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Qərbi Azərbaycana həsr olunan rəsm sərgisi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

SDU-nun rektoru, professor Əminağa Sadıqov çıxışında tədbirin universitetdə keçirilməsini yüksək qiymətləndirib və bu konfransın "Qərbi Azərbaycana qayıdış konsepsiyası"nın reallaşmasına töhfə verəcəyini bildirib. O, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində tarixi yaddaşın önəmini xüsusi vurğulayıb.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Qərbi Azərbaycanın tarixi və mədəni irsinin öyrənilməsi və tədrisinin əhəmiyyətindən danışıb. O, bu istiqamətdə təhsil müəssisələrində maarifləndirmə işlərinin davam etdirildiyini qeyd edib.

Akademik Əhliman Əmiraslanov azərbaycanlıların deportasiya tarixinin gənclərə çatdırılmasının vacibliyini vurğulayıb.

Deputat Mehriban Vəliyeva gənclərin bu sahədə aktiv iştirakını və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasını önə çəkib.

Tədbirdə Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı çıxışlarını əhatə edən videoçarx nümayiş olunub. Konfrans çərçivəsində Ayan Yusifzadə, Həsrət Süleymanov, Gülçin Qasımova və Pakistanlı tələbə Muhammad Adnan Gorgaje mövzu ilə bağlı çıxışlar ediblər.
Panel müzakirələrdə millət vəkilləri Əziz Ələkbərli, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Şahin İsmayılov və professor Mahirə Nağıqızı müxtəlif aspektlər üzrə Qərbi Azərbaycana qayıdış məsələsini müzakirə edərək gənclərin suallarını cavablandırıblar.

Sonda çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Qərbi azərbaycanlıların yurdlarına qayıdış istiqamətində görülən işlərdən danışıb və SDU-nun bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir ədəbi-bədii kompozisiyalarla yekunlaşıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

9-04-2025, 21:57 664

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060