Ramiz İsmayılovun Belarus səfəri və tarixdən çıxarılacaq dərslər - Fotolar

 

"Belarusa gedərkən məqsədim orada yaşayan qohumlarla görüşmək, uzun illərin ayrılığından sonra doyunca dərdləşmək və dünyasını dəyişmiş yaxın qohumumun məzarını ziyarət etmək idi. Amma qonaq olduğumuz şəhərdəki müxtəlif muzeyləri, tarixi abidələri gördükcə onlarla yaxından tanış olmaq qərarına gəldim".

Bu fikirləri Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov səsləndirib.

O bildirib ki, yəhudi xalqının soyqırımını və bu millətin başına gətirilən faciələri özündə əks etdirən “Yəhudi Müqavəməti” adlı muzeydə olub və burada söhbət əsnasında erməni vandalları tərəfindən Qərbi Azərbaycanda, Xocalıda və digər torpaqlarımızda xalqımızın başına gətirilən müsibətləri göz önündə canlandırıb:

 

İki xalq, bir ağrı: Soyqırım xatirələrinin kəsişdiyi an


"İki xalqın üzləşdiyi bu soyqırım bizi birləşdirən həssas nöqtədir. Yəhudi əsirlərinin işgəncələrə məruz qaldığı düşərgədə salınan bu muzey onların yaşadığı faciədən xəbər verir. Bu mənzərə mənə tanışdır, çünki hər bir Qərbi azərbaycanlı kimi bu soyqırımı mən də yaşamışam. Mənim də yaxınlarım, qohumlarım erməni vəhşiliyinin qurbanı olub. Ailəm isə isə öz doğma elindən, isti ocağından qovularaq qaçqın həyatı yaşayıb. Erməni vəhşiliyi ilə bağlı fikirləri və başımıza gətirilən faciələri, Qərbi azərbaycanlıların soyqırıma məruz qalmasını və doğma yurdlarından deportasiya olunmasını məhdud vaxt kəsiyində oradakı insanların nəzərinə çatdırmağa çalışdım. Muzeyin xatirə dəftərinə qısa da olsa xatirələrimi və ürək sözlərimi yazdım. Qərbi Azərbaycan İcmasının nişanını muzeyin fonduna hədiyyə etdim".

 

Erməni kilsəsində aparılan təbliğatın, insanlıq əlehinə nifrətin yayılmasında rolu


Ramiz İsmayılov bildirib ki, qonaq olduğu şəhərdə qarşısına çıxan ilk kilsəyə daxil olub və oranın keşişi ilə söhbətləşib:
"Kilsənin keşişi ilə qısaca söhbət əsnasında bir məqamı xatırlatmağı özümə borc bildim. İstər müsəlmanların, istərsə də xristianların müqəddəs kitabında“, - öldür, məhv et” tezisi yoxdur! O zaman xristian dinindən olan ermənilərin Azərbaycan xalqına qarşı olan bu nifrəti haradan qaynaqlanır? Kilsənin keşişinə ünvanladığım bu sual onu dərin düşüncələrə qərq etdi. Əvvəllər yazdığım “Erməni kilsəsinin antisülh bəyanatı” məqaləsinin rus dilində olan tərcüməsini keşişə verdim və onu öz düşüncələri ilə baş-başa buraxaraq kilsədən uzaqlaşdım. Belarusdan ayrılarkən bir fikiri özümdə yəqinləşdirdim. Xalqımızın başına gətirilən işgəncələri, soyqırımları, həqiqətləri yorulmadan dünyaya və dünya xalqlarına çatdırmağa davam etməliyik. Bəlkə bu zaman ermənilərə havadarlıq edən riyakar qüvvələr onların törətdikləri vəhşilikləri, təkcə türklər üçün yox, həm də bütün bəşəriyyətə təhlükə saçdıqlarını görə bildilər".


 

 

 

 

 

 

 

 

 

 

 


12-04-2025, 15:16 214

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060