Sumqayıtda sahibsiz itlərlə bağlı narahatlıqlar artır – Rəsmi açıqlama və psixoloq rəyi

 

Son günlər Sumqayıt şəhərində sahibsiz itlərin insanlara hücum etməsi ilə bağlı yayılan məlumatlar şəhər sakinləri arasında ciddi narahatlıq yaradıb. Məsələ ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olub.

Mövzuya aydınlıq gətirmək məqsədilə Sumqayit.tv-yə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayevdən açıqlama verib.

  Eyvaz Qocayev

Onun sözlərinə görə, şəhərdə sakinlərin təhlükəsizliyinin təmin olunması məqsədilə mütəmadi olaraq tədbirlər görülür:

“Sumqayıt şəhərində sahibsiz itlərin toplanaraq uyğun sığınacaqlara yerləşdirilməsi, eyni zamanda peyvəndlənməsi işləri həyata keçirilir. Bu prosesin daha da intensivləşdirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib. Həmçinin, könüllülərin də bu işə cəlb olunması təmin olunub.”

Məsələnin psixoloji tərəflərinə toxunan Freyd Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Arifə Məmmədova isə bildirdi ki, uşaqların heyvanlarla münasibəti düzgün formalaşdırılmalıdır:

 Arifə Məmmədova

“Küçə və ev iti anlayışı doğru deyil. Hər bir heyvan canlıdır və onlara münasibətimiz insanlığımızı göstərir. İnsanlar bu canlılara yaxşı davranmalıdırlar ki, onların da bizə qarşı münasibəti müsbət olsun. Əks halda, uşaqlarda qorxu və aqressiya kimi psixoloji problemlər yarana bilər.

Arifə Məmmədova əlavə edib ki, valideynlər və müəllimlər bu sahədə maarifləndirici fəaliyyət aparmalıdırlar:

“Uşaqlara öyrətmək lazımdır ki, itlərə daş atmaq olmaz. Əksinə, onlara yemək verməklə, düzgün davranış sərgiləməklə həm qorxu hissini aşmaq olar, həm də heyvanlara qarşı mərhəmət hissi aşılanar. Freyd ailəsi olaraq, biz bu sahədə maarifləndirmə işləri aparmağa hər zaman hazırıq.”

Hazırda sahibsiz itlərin toplanması və təhlükəsizlik tədbirləri davam etdirilir. Şəhər sakinlərindən xahiş olunur ki, sahibsiz heyvanlarla qarşılaşdıqda sükunəti qorumaqla yanaşı, aidiyyəti qurumlara məlumat versinlər.


28-04-2025, 13:04 349

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041