Sumqayıtda şəhid Səfəralı Səfərovun xatirəsinə həsr olunmuş jurnal təqdim edildi-FOTO

 

 

Qafan rayonunda anadan olmuş və 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Səfərov Səfəralı Allahverdi oğlunun xatirəsi əbədiləşdirilib.

Sumqayit.tv-yə verilən məlumata görə, 1988-ci ildə ailəsi ilə birlikdə erməni deportasiyası nəticəsində Sumqayıta köçmüş Səfəralı Səfərov burada İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə təhsil almışdı. O, 29 sentyabr 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb. 32 il sonra – 2024-cü ildə onun nəşi Ağdərə rayonunda tapılıb və Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidin bacısı Abdullayeva Gülçöhrə onun xatirəsini yaşatmaq məqsədilə “Telli Sənəm” adlı ədəbi-bədii publisistik jurnal dərc etdirib. Jurnalın təqdimat mərasimi Sumqayıt Şəhidlər Xiyabanında – şəhidin məzarı başında təşkil olunub.

Təqdimatda şəhidin ailə üzvləri, Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin üzvləri, ziyalılar, şairlər, müəllimlər, şəhidin adını daşıyan 1 saylı məktəbin 5C sinifinin rəhbəri və şagirdləri, eləcə də yaxınları iştirak ediblər. Tədbirdə Səfəralı Səfərovun şərəfli ömür yoluna dair xatirələr bölüşülüb, şagirdlər və şairlər tərəfindən ona həsr olunan şeirlər səsləndirilib.

Qeyd edək ki, şəhidin adı oxuduğu məktəbdə – 5C sinfinə verilərək əbədiləşdirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


29-04-2025, 19:16 309

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060