ADNA terrorundan 16 il ötür

 
Hadisə ADNA-nın ikinci korpusunda - Dilarə Əliyeva küçəsində yerləşən binada baş vermişdi. Səhər saatlarında universitetin binasına daxil olan silahlı birinci mərtəbədən altıncı mərtəbəyədək insanlara “Makarov” tipli silahdan atəş açmış, nəticədə 12 nəfər həlak olmuş, 13 nəfər isə ağır yaralmışdı. Həyatını itirənlərdən 9-u tələbə, 3-ü müəllim və 1-i isə işçi heyətinin üzvü idi.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşlarının, xüsusi təyinatlı qüvvələrin gəldiyini görən cinayətkar - Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Əsəd oğlu Qədirov universitetin 6-cı mərtəbəsində özünü öldürmüşdü.

Terror aktında sonra xüsusi istintaq qrupu yaradıldı. Nəticədə cinayətlə bağlı bir neçə şəxs məsuliyyətə cəlb olundu. İstintaqın gedişində terror aktının sifarişçisi erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan müəyyən edilmişdi. Qumaşyan barəsində İnterpol vasitəsilə həbsli axtarış elan edilib.

Bundan başqa, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2010-cu il avqust 10-u tarixli qərarı ilə cinayətdə adı çəkən Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 1 may 2009-cu il imzaladığı sərəncama əsasən, baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılıb. Belə ki, Prezidentin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrılıb.

"ADNA faciə"sinə beynəlxalq reaksiyalar da oldu. Rusiya, Gürcüstan, Türkiyə, Belarus, Ukrayna, Litva prezidentləri və digər ölkələrin hökumət başçılarlı da Azərbaycanın kədərini bölüşdüklərini bildirdilər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 3 sentyabr 2015-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft Akademiyası Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb.

Sumqayit.tv hadisə nəticəsində həlak olanların və yaralananların siyahısını təqdim edir:

Məmmədov Taleh Tariyel oğlu, 1980-ci il təvəllüdlü (Sumqayıt şəhəri)
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il təvəllüdlü (Salyan şəhəri)
Əzizova Tamilla Zülfüqar qızı, 1951-ci il təvəllüdlü (Bakı şəhəri)
Bəndəliyev Yusif Telman oğlu, 1989-cu il təvəllüdlü (Cəlilabad şəhəri)
Abdullayev Ramiz Xəlil oğlu, 1940-cı il təvəllüdlü (Bakı şəhər)
Vahidov Məcnun Abdulvahid oğlu, 1946-cı il təvəllüdlü (Bakı şəhər)
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il təvəllüdlü (Şirvan şəhəri)
Abdullayev Emin İmaməli oğlu, 1989-cu il təvəllüdlü (Daşkəsən şəhəri)
Babaşov Ruslan Cəfər oğlu, 1990-cı il təvəllüdlü (Sabirabad rayonu)
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il təvəllüdlü (Bakı şəhəri)
Məmmədova Şəfa Afət qızı, 1978-ci il təvəllüdlü (Bakı şəhəri)
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il təvəllüdlü (Bakı şəhəri)

Yaralılar:
Rüstəmbəyov Faiq Bəhram oğlu (Neft qaz quyularının qazılması kafedrasının böyük mühəndisi)
Hüseynli Zenfira Seydi qızı (Neft qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası)
İsayev Kənan Tələt oğlu (Tələbə)
Daas Muavviyya (Suriya vətəndaşı tələbə)
Mustafa Məhəmməd Qasim (Sudan vətəndaşı tələbə)
Seyid Əhməd Əmru (Sudan vətəndaşı tələbə)
Şirəliyev İlkin Azər oğlu (Tələbə)
Mustafayev Elşən Elbəyi oğlu (Tələbə)
Axundov Rəhman Sahib oğlu (Tələbə)
Cəmiyev Elvin Azər oğlu, 1989-cu il təvəllüdlü (Tələbə)
Qurbanova Səbinə Əşrəf qızı (Tələbə)
Məmmədov Elşən Xanlar oğlu (Tələbə)
Cəfərov Bəxtiyar Aydın oğlu (Tələbə)

30-04-2025, 07:45 221

Digər xəbərlər

Ənənəvi Sənətdən Süni İntellektə: Sumqayıtda gənc istedadların rəsm sərgisi baş tutdu-FOTO

Sumqayıtda yaşayış binasında yanğın: 6 sakin təxliyə edildi-VİDEO

Corat qəbiristanlığının qarşısındakı dayanacağın təmir olunması xahiş edilir

9-cu mikrorayonda sakinlər etiraz edir: "Həyətimiz əlimizdən alındı-VİDEO

Sumqayıtda sabah 39 dərəcə isti olacaq

İlham Əliyev və Nikol Paşinyan telefonla danışdı

Paşinyandan Azərbaycanla bağlı SÜLH AÇIQLAMASI

SDU rektoru abituriyentlərə müraciət etdi: “Doğru seçim gələcək uğurlarınızın təməlidir”-FOTO

Sumqayıtda avtomobil təmiri sexində GÜCLÜ YANĞIN – Sex tamamilə yandı

Azərbaycanda ən yüksək maaşlı vakansiyalar açıqlanıb – Bu sahələr ön plandadır

Zakir Fərəcov 9-cu mikrorayonda sakinlərlə səyyar qəbul keçirdi-FOTO

İlham Əliyevdən Azərbaycan-Tacikistan təhsil əməkdaşlığı ilə bağlı FƏRMAN

Sumqayıtda 9-cu mikrorayonda, "Bravo"nun qarşısında qazılan yol sakinləri çətin vəziyyətdə qoydu

Şabranda ər-arvadı qətlə yetirənlərə verilən ömürlük həbs cəzası qüvvədə saxlanıldı

13-cü mikrorayondakı park yenidən uşaqların ixtiyarına verildi

Sumqayıtda avtomobil qaçıran və çimərlikdə oğurluq edən şəxslər saxlanıldı

Ceyranbatanda 1500 abonentə qaz verilişi dayandırılacaq – SƏBƏB AÇIQLANDI

Sumqayıt sakinlərinin olduğu avtomobil qəzaya düşdü-FOTO

Sumqayıtın 21 nömrəli məktəbi tamamilə yeniləndi – Şagirdləri nələr gözləyir?

80 min manata bağ evi vədi verdi, minlərlə manatı ələ keçirdi

1 2 3 4 5 6 7 8 9 10 ... 1095
Bu gün, 18:48
Bu gün, 13:39
Dünən, 18:23
Dünən, 16:12
Dünən, 15:43
Dünən, 12:55
Dünən, 11:06
Dünən, 11:04
Dünən, 10:58
7-08-2026, 15:39
7-08-2026, 14:15
7-08-2026, 13:41
7-08-2026, 12:48
7-08-2026, 12:41
7-08-2026, 12:32
7-08-2026, 12:14
7-08-2026, 10:21
7-08-2026, 01:57
6-08-2026, 22:00
6-08-2026, 17:02
6-08-2026, 16:37
6-08-2026, 14:41
6-08-2026, 14:38
6-08-2026, 13:53
6-08-2026, 13:15
6-08-2026, 12:46
6-08-2026, 12:04
6-08-2026, 11:55
6-08-2026, 11:53
6-08-2026, 11:18
6-08-2026, 11:15
5-08-2026, 19:38
5-08-2026, 17:50
5-08-2026, 16:02
5-08-2026, 14:48
5-08-2026, 14:01
5-08-2026, 13:43
5-08-2026, 11:56
5-08-2026, 11:47
5-08-2026, 11:46
1 2 3 4 5 6 7 8 9 10 ... 1095