Ev sahibi: “Heç olmasa evimin bir otağını boşaltsınlar, köçüb yaşayım…”-VİDEO

“İki körpə uşaqla kirayə evdə qalırıq. Gedəcək yerimiz yoxdur, qalmışıq küçələrdə”.

Sumqayit.tv xəbər verir ki, bu sözləri yoldaşı ilə özünə mənzil alan, lakin uzun illərdir evində keçmiş məcburi köçkünlərin məskunlaşdığı Reyhan Səlimova deyib.

Sumqayıt şəhər sakini R.Səlimova bildirib ki, illərdir əzab-əziyyətlə aldığı evə 32 ildir uzaqdan baxmaqdan başqa əlindən heç nə gəlmir. Səbəb isə 1993-cü ildə Zəngilan rayonundan olan keçmiş məcburi köçkünlərin Səlimovların evində məskunlaşmasıdır.


Bildirilib ki, Zəngilandan olan Cabbarovlar ailəsi 3 uşaqla birgə onun evinə sığınıblar. Səlimova ovaxtkı çətin günləri nəzərə alaraq uzun illər boyu nə o evin adını anıb, nə də ev tərəfdən yolunu salıb. Həmin gündən kirayələrdə və qohum evlərində qalan R.Səlimova 1996-cı ildə həyat yoldaşını itirib və 2 övladını təkcə böyüdüb. İndi də xərçəng xəstəliyindən əziyyət çəkən Reyhan Səlimova nə müalicə xərclərini qarşılaya bilir, nə də kirayə qaldığı mənzilin pulunu ödəyə bilir: “Dəfələrlə qapıya getdim. Xahiş elədim ki, bir otaq da olsa, versinlər, gəlib mən də qalım. Ona da icazə vermədilər”.

Onun iddiasına görə, Cabbarovlar ailəsinin Bakıda evləri var, amma köçmək istəmirlər.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirib ki, məsələ artıq nəzarətə götürülüb: “Reyhan Səlimovaya məxsus Sumqayıt şəhərində yerləşən və keçmiş məcburi köçkün Nargilə Cabbarova ilə ailəsinin məskunlaşdığı mənzil Komitənin diqqətindədir. Mənzil sahibinin müraciəti əsasında məsələ araşdırılır. Vətəndaş Komitə sədrinin müavini Fuad Hüseynov tərəfindən qəbul edilib. Bildirilib ki, N. Cabbarovanın qeydiyyatda olduğu Zəngilan rayonunun Qıraq Müşlan kəndi bərpa edildikdən sonra ailənin həmin əraziyə köçürülməsi qanunvericiliyə uyğun şəkildə həll olunacaq”./“Qafqazinfo”/

Daha ətraflı Real TV-nin hazırladığı süjetdə:



1-05-2025, 16:15 120

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041